fotofakt

Polis yolda həyat üçün təhlükəli hərəkətlər edən gəncləri axtarır - Video

Tarix:4-03-2020, 13:09
Baxış Sayı:39

Polis yolda həyat üçün təhlükəli hərəkətlər edən gəncləri axtarır - Video
Bakıda bir qrup gənc yolun ortasında idman edir. Onlar bu hərəkətləri ilə həm özlərinin, həm də digər hərəkət iştirakçıların həyatını təhlükəyə atırlar.
Təhlükəli hərəkətlər edən bu şəxslərin kimliyi polis tərəfindən araşdırılır. İki nəfər yolda idman hərəkətləri edir, bir nəfər isə onları telefonla çəkir.

Görüntülər Bakıda Yasamal rayonu, ''Sovetski'' kimi tanınan ərazidəki yolda çəkilib. İki yeniyetmə həyatlarını təhlükəyə ataraq hərəkətin intensiv olduğu yolda dartınma hərəkəti edirlər.

Onlar sürətlə gələn avtomobilllər yaxınlaşdıqda yolun hərəkət hissəsindən kənara çəkilirlər. Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, yeniyetmələrin bu hərəkəti kobud qayda pozuntusudur.

Videonu çəkib ''Xəzər Xəbər''in "Whatsapp" nömrəsinə göndərən hadisə şahidi iddia edir ki, həmin şəxslər avtomobillər yoldan azalan kimi həmin təhlükəli hərəkətlərini təkrarlayıblar.

Vaqif Əsədov dedi ki, bu fakt polis tərəfindən ciddi şəkildə araşdırılacaq.

Bölmə rəisi onu da bildirdi ki, həmin uşaqlar aşkar edildikdən sonra onların valideynlərinə də belə faktların baş verməməsi üçün xəbərdarlıq ediləcək. (Xezerxeber.com)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı