fotofakt

Bəhram Bağırzadə Paşinyanı parodiya etdi - VİDEO

Tarix:18-02-2020, 14:51
Baxış Sayı:155

Bəhram Bağırzadə Paşinyanı parodiya etdi - VİDEO
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın çaşaraq "Dağlıq Qarabağ Azərbaycanındır" söyləməsi böyük ajiotaj doğurub. O, bu "səhvinə" görə Ermənistanda təzyiq və tənqidlərə məruz qalıb.

Fotofakt.az BAKU.WS-ə istinadən xəbər verir ki, tanınmış mədəniyyət xadimi Bəhram Bağırzadə də Nikolun bu çıxışını ustalıqla parodiya edib.

Xatırladaq ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Nikol Paşinyan çaşıb və doğru fikir söyləyib:

"Dağlıq Qarabağın ölkə kimi hesab olunmasına gəlincə, deməliyəm ki, mən Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın, ... yox, üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi. Bu, tamamilə qanuni qərar idi və bundan sonra İosif Stalinin şəxsi təşəbbüsü əsasında bu qərar Moskvada dəyişdirildi".

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı