fotofakt

“Uşaq nikahlarının qarşısının alınması...” - Erkən nikaha görə cəzalar artırıla bilər

Tarix:30-01-2020, 16:13
Baxış Sayı:99

“Uşaq nikahlarının qarşısının alınması...” - Erkən nikaha görə cəzalar artırıla bilər
Azərbaycanda qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı cəzalandırma sisteminin gücləndirilməsinə ehtiyac var.
Fotofakt.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

Qızların erkən yaşda nikaha daxil olmasını yolverilməz hal sayan E.Səfərov qeyd edib ki, Cinayət Məcəlləsinin 176.1-ci maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə şəxs üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

"Bizim istədiyimiz budur ki, uşaq nikahlarının qarşısının alınması üçün bu cəzalandırma sisteminin tətbiqi halları çoxalsın və bununla da belə hadisələrin qarşısı alınsın. İndiki halda, uşaqların maraqları nəzərə alınaraq, bu sistemin gücləndirilməsinə ehtiyac var”.

E.Səfərov hesab edir ki, gender bərabərliyi üzrə, eyni zamanda məişət zorakılığına qarşı mübarizə üzrə Milii Fəaliyyət planlarının, Uşaq Məcəlləsinin qəbulu problemin səviyyəsini azaltmağa yardım olacaq.

Komitə rəsmisi Uşaq Məcəlləsinin layihəsinin artıq hazır olduğunu da söyləyib.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı