Abşeron rayonu Xırdalan şəhərində gün ərzində su olmayacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, Xırdalan şəhərində yeni yaradılmış içməli su təchizatı infrastrukturunun şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.