fotofakt

Publik hüquqi şəxslərə nəzarət artırılıb

Tarix:18-01-2020, 15:22
Baxış Sayı:48

Publik hüquqi şəxslərə nəzarət artırılıb
Publik hüquqi şəxsin vəzifəli şəxsləri dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə İnzibati Xətalar və Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyacaqlar.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda əksini tapıb.

Dövlət adından yaradılan publik hüquqi şəxsin tabe olduğu orqan (qurum), yaxud Maliyyə Nazirliyi ilə dövlət adından yaradılan publik hüquqi şəxs arasında bağlanmış müqaviləyə əsasında publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu xərclərin büdcədən artıq olan hissəsinə Maliyyə Nazirliyi təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər. Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edəcək.

Maliyyə Nazirliyi müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallarda, habelə publik hüquqi şəxs tərəfindən götürülən öhdəliklər tam və lazımi qaydada yerinə yetirilmədikdə, müqavilə əsasında vəsaitlərin ödənilməsini müvəqqəti olaraq dayandıra bilər.

Publik hüquqi şəxs müqavilə üzrə alınan vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq tərtib və təqdim etməlidir.(apa)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı