fotofakt

Politoloq: “YAP-ın rəhbərliində dəyişikliklər ola bilər”

Tarix:28-11-2019, 21:08
Baxış Sayı:126

Politoloq: “YAP-ın rəhbərliində dəyişikliklər ola bilər”
Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçiriləcək. Bu gün Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisdə təmsil olunan deputatlarla görüş keçiriləcək.
Bizimyol.info-ya YAP-dan verilən məlumata görə, Siyasi Şuranın iclasından sonra, saat 15:00-da YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovun mətbuat konfransı keçirməsi gözlənilir. Sosila mediada yayılan məlumatlara görə, Siyasi Şuranın iclasının keçirilməsi və YAP-çı deputatların bir araya gəlməsi partiyanın növbədənkənar qurultayının keçirilməsi ilə bağlıdır. Əldə edilən daha bir məlumata görə, Milli Məclis buraxıla və növbədəbnkənar seçkilər keçirilə bilər.

Bu barədə YAP-çı deputatlardan məlumat əldə etmək istədik. Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info-ya bildirdi ki, bu barədə heç bir məlumatı yoxdur, iclasın hansı mövzuya həsr olunması barədə məlumat verilməyib.

REAL partiyasının həmsədri Natiq Cəfərli isə bildirib ki, sosial mediada yayılan məlumatlar barədə eşidib , lakin bu barədə ciddi mənbələr heç bir məlumat yaymayıb. “ Buna görə rəsmi məlumat yayılmadan bir şey demək çətindir, lakin parlamentin buraxılması barədə söhbətlər gəzirdi və məncə bu gözləniləndir. Mən belə düşünürəm ki, YAP-ın rəhbərliyində də dəyişikliklər ola bilər”,- deyə o bildirib.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı