fotofakt

Bakıda ana böyrəyini qızına bağışlayıb

Tarix:27-11-2019, 17:03
Baxış Sayı:73

Bakıda ana böyrəyini qızına bağışlayıb
Bakıda çəkisi 35 kq olan gənc qıza böyrək köçürülüb.

17 yaşlı qız ağır vəziyyətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edib.
Müayinədən sonra ona böyrək köçürülməsinə qərar verilib. Əməliyyat Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi, cərrah-uroloq Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Həkim qeyd edib ki, müraciətə qədərki uzun müddət ərzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən yeniyetmə qız mütəmadi hemodializ seansları qəbul etdiyindən onda kaxeksiya – orqanizmin ekstremal tükənməsi inkişaf edib: "Maddələr mübadiləsinin pozulması səbəbindən orqanizmdə ümumi zəiflik fonunda fizioloji proseslərin fəallığının və iştahın azalması xəstədə bədən kütləsinin kəskin aşağı düşməsi ilə nəticələnmişdi və çəkisi 35 kq idi. Ona təcili böyrək köçürülməsi vacib idi. Komandamızın əməyi sayəsində kifayət qədər riskli olan bu əməliyyatı da uğurla icra etdik. Köçürülən böyrək hazırda normal fəaliyyət göstərir. Pasiyentin çəkisində artım müşahidə edirik".
Donor isə xəstənin 45 yaşlı anası olub. (Report)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı