fotofakt

Paytaxt başçısı jurnalistləri oğurlatdırıb məhv etməklə hədələyib

Tarix:18-11-2019, 12:15
Baxış Sayı:40

Paytaxt başçısı jurnalistləri oğurlatdırıb məhv etməklə hədələyib
Özbəkistan baş prokurorluğu internetdə yayılan və paytaxt Daşkəndin icra hakiminə aid olduğu bildirilən qalmaqallı səs yazısını araşdırdığını bildirir. Həmin səs yazısında şəhər başçısı Cahongir Artıkxocayev onun biznesindən yazan jurnalistləri təhqir edir, onları evlərindən oğurladıb məhv etməklə hədələyir, üstəlik “geyə çevirəcəyinə” deyir.
Fotofakt.az xəbər verir ki, “Azadlıq” radiosunun özbək xidmətinin verdiyi məlumata, səs yazısının harada və nə zaman qeydə alındığı məlum deyil. Amma o məlumdur ki, şəhər başçısı jurnalistlərlə danışır.

“Əvvəlcə onlar mənim zavodlarımda buraxılan məhsullar haqda neqativ yazır, monopoliya adlandırır. Deyrlər ki, “Artel” (Artıkxocayevin holdinqinə aid olan məişət texnikası və elektronika malları zavodu) –“zibildir”! Bir həftə sonra sən onlara 10 min dollar verirsən, başlayırlar tərifləməyə! Onlar kimdir axı?! Axırıncı “tvarlardır”!!! Onlar insandan əmələ gəliblər, yoxsa itdən? Prinsipsiz çirkin bədbəxtlər, “petuxlar”,-onlar budur!”,-şəhər başçısı deyir.

Daha sonra Artıkxocayev bildirir ki, istəsə jurnalistləri “geyə çevirər”. O, bunun yolunu da izah edir, deyir ki, jurnalistləri taksidə “geylə” yanaşı otuzdurub şəklini çəkdirəcək, vəssalam. “Siz oldunuz gey! Sizdən bütün məhəllə imtina edəcək, salam verməyəcəklər. Valideyinlərinizi ələ salacaqlar. Bütün bunlar bizim rəhbərliyin xoşuna gələcək, ya yox, vecimə deyil. Mənim də öz xarakterim var!”,-şəhər başçısı bildirir.

Sonda Artıkxocayev jurnalistləri fiziki məhv etməklə hədələyir. Deyir ki, “cəmi 6 saniyəyə” onları evindən oğurlatdıra, izlərini itirə bilər. “Siz evdən izsiz-soraqsız itə bilərsiniz və heç kim sizi axtarmayacaq! Ola bilsin yazsınlar ki, haradasa batmışınız yaxud nəsə. İndi həyat belədir. Ona görə də ən yaxşısı budur bizimlə işləyəsəniz və kömək edəsiniz. Əgər sizin də hansısa probleminiz olsa bizə kömək edin ki, həmin problemi həll edə bilək”,-Daşkənd başçısı bildirir.

Səs yazısında merin hədələdiyi jurnalistlərin Kun.uz saytının əməkdaşları Rahmatilla İsroilov, Bahodir Əhmədov və Şerzod Eqamberdiyev olduğu məlum olub. Saytın yazdığına görə, paytaxtı rayonlarından birinin başçısının müavini jurnalistləri hədələyib. Şəhər başçısı tərəfləri barışdırmaq üçün kabinetinə çağırıb. Amma burada anlaşma əldə olunmayanda Artıkxocayev jurnalistlərə divan tutmaqla hədələyib.

Ötən gün noyabrın 17-də Baş prokurorluq bildirib ki, internetdə yayılan səs yazısı ilə bağlı araşdırma başladılıb. Prezident Administrasiyası nəzdində informasiya və kütləvi kommunikasiyalar Agentliyi də səs yazısının araşdırılacağını, müvafiq tədbirlər görüləcəyini açıqlayıb.

Qeyd edək ki, bu Artıkxocayevin birinci qalmaqallı səs yazısı deyil. 2019-cu ilin avqustunda onun şikayətçiləri necə söyüb təhqir etdiyi barədə səs yazısı da yayılmışdı. Şəhər başçısı deyirdi ki, şikayətçilər hara istəsələr gedə bilər. “İstəyirsiniz prezidentin yanına gedin, lap Allahın yanına gedin, vecimə deyil”,-o bildirib.(virtualaz.org)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı