fotofakt

BNA rəsmisi “Azəravtoyol”u tənqid etdi

Tarix:1-11-2019, 12:08
Baxış Sayı:53

BNA rəsmisi “Azəravtoyol”u tənqid etdi
Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında aparılan təmir işlərinin gec yekunlaşmasından narazıdır.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, BNA sözçüsü Mais Ağayev bildirib ki, yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılmaması sonda çətinliklərə səbəb olur: "Mövcud vəziyyətdən ən çox əziyyəti isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərimiz çəkir. Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amortizasiya xərclərinin artmasına gətirib çıxarır.
Şəhər mərkəzindən "20-ci sahə” adlanan əraziyə gedən yolda olduğu kimi. Yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də "BakuBus” MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var”.

Qeyd edək ki, bu gün həmçinin səhər saatlarında Məzahir Rüstəmov küçəsində 36 saylı marşrut xətti təmir üçün qazılan və bərpa edilməyən çuxura düşüb.

Məlumat üçün bildirək ki, yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdehdir

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı