fotofakt

Bakıda diqqətçəkən "buynuzlu" turistin dodağında 94 pirsinq var - Foto

Tarix:5-10-2019, 23:57
Baxış Sayı:26

Bakıda diqqətçəkən "buynuzlu" turistin dodağında 94 pirsinq var - Foto
Son günlər Bakıda qəribə görünüşü ilə diqqət çəkən turist müzakirələrə səbəb olub. Bir neçə şəxs onun fotosunu sosial şəbəkələrdə paylaşaraq öz fikirlərini bildiriblər. Həmin şəxs üzərində çoxlu pirsinq və tatular, hətta alınında iki buynuzu olan almaniyalı turistdir.
Fotofakt.az verdiyi xəbərə görə, 60 yaşlı Rolf Buchholz oktyabrın 3-də Aşqabaddan Bakıya gəlib və paytaxtın bir çox turistik yerlərindən fotolar çəkərək paylaşıb. Almaniyanın Dortmund şəhərində yaşayan proqramist Rolf dünyanın bir çox ölkəsinə səyahət edib və əksər yerlərdə diqqət cəlb edib, yerli sakinlər onunla dəfələrlə foto çəkdirib.

R. Buchholz müsahibələrinin birində bildirib ki, bu görünüşü həyatında ona çox da problem yaratmayıb: "Bəzən buynuzlarla bağlı fərqli reaksiyalar olur. Məsələn, Dubaya gedəndə buna görə məni ölkəyə buraxmadılar. Elə aeroportdan təyyarəyə oturdub Almaniyaya geri göndərdilər”.

Bədənində 453 pirsinq ilə dünyada bədənində ən çox deşik olan adam kimi tanınır. Bu göstərici ilə Ginnesin rekordlar kitabına adı düşüb. Təkcə dodaqlarında 94 pirsinq var.

Rolf ən böyük probleminin hava limanlarında detektordan keçmək olduğunu deyib.(qafqazinfo)

Bakıda diqqətçəkən "buynuzlu" turistin dodağında 94 pirsinq var - Foto

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı