fotofakt

Qarabağda nə baş verir? - Rusiyanın YENİ HOQQASI

Tarix:17-12-2020, 11:05
Baxış Sayı:535

Qarabağda nə baş verir? - Rusiyanın YENİ HOQQASIƏvvəl Qarabağda gizlənən erməni terrorçuların azərbaycanlıları öldürməsinə səssiz qaldılar, sonra xəritə oynunu oynadılar, indi də haqqında cinayət işi açılan separatçıların rəhbəri Araik Arutunyanla görüşdülər. 10 noyabr bəyanatdan sonra sualların sayı hər gün artır.

Maraqlıdır, Qarabağımızda nə baş verir?

Bu müddət ərzində Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları nəinki Azərbaycan Ordusunun əsgərlərinə, həm də mülki şəxslərə qarşı hücumlar törətdi. Həmin silahlı dəstələrin davamlı terror hücumları nəticəsində ölən və yaralananlar oldu. Bununla bağlı rəsmi Bakı Qarabağda yerləşdirilən Rusiya kontingentinin rəhbərliyi ilə əlaqə yaradaraq məsələnin ciddiliyini onların diqqətinə çatdırdı və bundan sonra antiterror əməliyyatı keçirərək ərazilər terrorçulardan təmizləndi.
Dekabrın 13-də Qarabağdakı Rusiya kontingenti tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edildi. Rusiya Müdafiə Nazirliyinin gündəlik dərc etdiyi xəritədə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Köhnə Tağlar, Çaylaqqala kəndləri və onun ətraf ərazilər Rusiya qoşunlarının nəzarəti altında olduğu yerlər kimi öz əksini tapdı. Xəritədə Rusiya hərbçilərinin nəzarət etdiyi kimi göstərilən bəzi ərazilər 10 noyabr bəyanatına əsasən Azərbaycan Ordusunun nəzarətindədir və buna görə də həmin xəritə düzgün deyildi.

Əlbəttə, heç bir dövlət və ya beynəlxalq təşkilatlar qarşısında hesabat öhdəliyi olmaması, Rusiya hərbi kontingentinin bu cür özbaşına hərəkətlərə yol verməsinə şərait yaradır. Həmçinin Rusiyanın Azərbaycan üçün neytral ölkə olmaması, daha doğrusu, rəsmi formada Ermənistanın müttəfiqi olması da unudulmamalıdır. Belə ki, bu ölkələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxildir və Rusiyanın Ermənistan qarşısında təhlükəsizlik öhdəliyi mövcuddur.
Rusiyanın bəyanatdankənar hərəkətləri - “xəritə oyunu” bütün hədləri aşıb və Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb oldu. Yalnız ictimaiyyətin və rəsmi şəxslərin etirazlarından sonra dekabrın 14-də Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi xəritədə yanlışlıq aradan qaldırıldı və həmin ərazilərin Azərbaycanın nəzarətində olduğu bir daha təsdiqləndi.
Gündəmdə ən çox müzakirə olunan mövzulardan biri də Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun Azərbaycan Baş Prokurorluğunun haqqında cinayət işi açdığı separatçıların rəhbəri Araik Arutunyanla hansı protokola əsasən görüşməsi oldu. Milli Məclisin deputatı Elman Məmmədov deyir ki “Rüstəm Muradov çox böyük səhv edib Araik Arutunyanla görüşüb və bununla Rusiyanın üzərinə götürdüyü sülhməramlı mandatın qaydalarını pozub. Bu, cinayətdir, çünki Araik Arutunyan haqqında cinayət işi açılıb, axtarışa verilib. Araik Arutunyan separatçıdır və Azərbaycan dövlətinə qarşı silah götürüb döyüşən adam cinayətkardır, bunun başqa adı yoxdur. Hesab edirəm ki, Rusiya siyasi rəhbərliyi Muradov haqqında ölçü götürməli, o cəzalandırılmalıdır. Əgər Muradov yenə də o cür hərəkətlərə yol verəcəksə, sülhməramlıların 90-cı illərdən fərqi olmayacaq. Azərbaycan və Türkiyə hökumətləri də bu qanunsuzluğa qarşı çıxmalıdır”.
Beləliklə, Azərbaycan qətiyyət və siyasi iradə nümayiş etdirərək bir daha göstərdi ki, müvafiq razılaşmadan kənara çıxmağa, birtərəfli qaydada xəritələr tətbiq edərək ilkin razılaşmanın şərtlərini pozmağa heç kimə imkan verilməyəcək.
Rusiya öz növbəsində üzərinə sülhməramlılıq missiyasını götürübsə, hər iki tərəflə eyni məsafədə olmalı, bölgədən sülhün təmin olunması, terror yuvalarının təsbit edilərək zərərsizləşdirilməsi ilə məşğul olmalı, Ermənistanın təxribatlarından, xüsusilə Azərbaycanda "terrorçuluq" maddəsi ilə cinayət işi açılan Araik Arutyunyan ilə görüşlərdən çəkinməlidir. Əks halda Rusiyanın sülhməramlı missiyası problemin həlli yox, problemin özünə çevriləcək.


Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə