“İndi Azərbaycan tam başqa ölkədir. Müstəqillik şəraitində yeni nəsil yetişir. Həm mənəvi, həm fiziki baxımdan güclü xalqımız var. Eyni zamanda, yaşlı nəsil də başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü ordusu var. Buna görə Azərbaycan bu hücumlar qarşısında geri çəkilmədi”.
Fotofakt.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Türkiyənin "Habertürk" telekanlına müsahibəsində deyib.
Pezident bildirib ki, Ermənistanın Azərbaycanın mülki infrastrukturuna hücumlarından ən çox əziyyət çəkən Tərtər şəhəridir:
“Mənə verilən məlumata görə, bu gün səhər saatlarından indiyə qədər Tərtərə 2 mindən çox mərmi düşüb. Tərtər balaca şəhərdir. Gəncə qədər böyük deyil. Amma oranın əhalisi heç yerə getmir. Düşmənlə üz-üzə yaşamağa öyrəşiblər. Aprel döyüşlərindən sonra mən Tərtərin bir kəndinə getdim. Orada əhali düşmənlə 100-150 metr məsafədə yaşayırlar. Hərbçilər mənə dedi ki, oraya getməyin, təhlükəlidir. Mən isə dedim ki, necə yəni təhlükəlidir. Bizim camaatımız orada yaşayır, uşaq böyüdür”./baxar.az/