fotofakt

Əli Hüseynli Vahid Əhmədovu bölücülükdə ittiham etdi

Tarix:31-05-2020, 21:32
Baxış Sayı:118

Əli Hüseynli Vahid Əhmədovu bölücülükdə ittiham etdi
Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deputat Vahid Əhmədovun Müdafiə Nazirliyi əleyhinə yönəlmiş fikirlərinə münasibət bildirib.

Oxu.Az-ın xəbərinə görə, V.Əhmədov çıxışı ilə həmkarlarını regionlara bölməyə cəhd edib:

“Bu zalda oturan deputatlar - əli silahlı döyüşən Elman Məmmədovdan tutmuş, sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər - hər kəs özünü qarabağlı kimi hiss edir: Hər kəs burada Qarabağ deputatıdır. Siz burada nahaq yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd edirsiniz.

Bu baxımdan birmənalı bildirirəm ki, nəinki Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ münaqişəsi və müdafiə məsələlərində heç vaxt başqa mövqe tutmalı deyilik”.

Spiker Sahibə Qafarova da çıxış edərək bildirib ki, o və müavinləri Əli Hüseynlinin fikri il razıdır.

Xatırladaq ki, V.Əhmədov parlamentin iclasında bildirib:

“Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıkov da Azərbaycan dilində danışa bilmir. İzah edə bilmədilər. Sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalı idin. Amma biz susduq.

Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, atəş açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.

Qeyd edək ki, Müdafiə Nazirliyi də V.Əhmədovun fikirlərinə münasibət bildirib.

“Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir” .

Bildiririk ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib.

“Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında” qanunun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı