fotofakt

Həkim: Koronavirusu PZR analizi olmadan təyin etmək mümkün deyil

Tarix:24-02-2020, 16:28
Baxış Sayı:3 876

Həkim: Koronavirusu PZR analizi olmadan təyin etmək mümkün deyil
Bu gün kim asqırırsa ona hamı şübhə ilə baxır, ürəyində “görəsən qorxulu virus idi?” sualını keçirir. Bu ərəfələrdə Azərbayanda, xüsusən də paytaxtda kəskin respirator virusun yayılması fikirləri tamamən qarışdırdı. Koronavirusu başqa viruslardan necə ayırd edirlər? Axı demək olar ki qrip, soyuqdəymə kimi xəstəliklərin hamısında eyni əlamətləri görürük.
Hazırda Səudiyyə Ərəbistanında, “Məlik Fəth” xəstəxanasında fəaliyyət göstərən həkim Azər Mustafayevin Bizimyol.info-ya verdiyi açıqlamaya görə, əslində koronavirusu digər viruslardan yalnız Polimeraz zəncir reaksiyası (PZR) analizi ilə ayırd etmək mümkündür.

“İnfeksiyaya yoluxma halının ilk əlamətləri soyuqdəymə və qripə bənzəyir. Ancaq sonrakı mərhələdə bu, hərarətin artması və öskürəyə gətirib çıxarır.

Bununla bərabər, ilk mərhələdə xəstəliyin digər əlamətləri də özünü göstərə bilər. Misal üçün, xəstələrdən birinin yüksək hərarəti olmadan ishal olması faktı da mövcuddur. Yeni növ koronavirusun ilk simptomları həzm sistemində yaranan problemlərlə də özünü göstərə bilər. Bundan başqa, baş ağrısı, ürək bulanması və ümumi halsızlıq xəstəliyin əlamətləri sırasındadır.Xəstəliyin inkubasiya dövrü 2-14 gün ərzində olur. Yəni, virusa yoluxduqdan sonra şikayətlərin başlaması 2 gündən 2 həftəyə qədər davam edir: “Xəstəlik daha çox yüksək hərarət (38-39 dərəcə), öskürək, tənəffüs yollarında problem və burun axıntısı ilə müşahidə oluna bilər. Ağırlaşma dərəcəsi insana görə dəyişir. Sağlam insanlarda, cavanlarda bu xəstəlik daha yüngül formada keçir. 65 yaşdan yuxarı, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, xroniki ürək xəstəliyi olan insanlarda, onkoloji, revmatoloji xəstəlik səbəbindən dərman istifadə edənlərdə xəstəlik daha ağır keçə bilir”,- deyə o qeyd edib.

Həkimin dediyinə görə, əslinə qalsa respirator virusların əlamətlərində ciddi fərq yoxdur.Sadəcə xəstəliyin gedişatı zamanı ağırlaşma baş verərsə qaraciyər və böyrək çatışmazlığı verərək xəstəni öldürə bilər. “Əslində qripin özü də kifayət qədər ağır xəstəlikdir. Bizim qrip olaraq adlandırıb üstündən keçdiyimiz viruslar əslində daha çox paraqrip virusdur. Amma o multi və poliorqan çatışmazlığı vermir. Yaşlılarda və uşaqlarda daha təhlkəlidir. Əlamətlərə əsasən, kiməsə koronavirusdur deyə bilmərik. Onda gərək alım bir-birinə qarışa. Sadəcə burun və udlaqdan götürülmü yaxmanın PZR analizi ilə məhz hansı virusa yoluxma barəsində məlumat toplamaq mümkündür.Burun suyu deməyək, burundan əsnəkdən xüsusi material götürülür, o materialda koronavirus çıxsa bu təhlükəni təsdiqləmiş olur.PZR-ın nəticəsini bir günə də bilmək olar. Onun reaktivi çox bahadır.Bir xəstə üçün o kit açılmaz. Tutaq ki,bir qutu reaktiv açılan kimi qurtarmalıdır.Əgər xəstə sahibi çox pul verirsə və ya ziyanı dövlət özü ödəyirsə o zaman elə bir nəfər üçün də o reaktiv açıla bilər və 4-5 saatın içərisində virus varsa aşkarlanar. Əks halda çoxlu sayda xəstənin toplanmasını gözləyirlər.Çox vaxt sənəddə dövlət qarşılayır, amma reallığa gəlinə təəssüf ki həqiqət acı olur. Amma indiki halda artıq məsuliyyətsizlik etmək böyük fəlakətə qapı açmaq deməkdir”,- deyə o vurğulayıb.

Polimeraz zəncir reaksiyası (PZR) biokimya və molekulyar biologiya sahələrində DNTnin, E.coli və ya maya kimi hərhansı bir canlı orqanizm istifadə edilmədən sadəcə ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilən metoddur. PZR çağdaş genetik mühəndisliyinin əsas metodlarından biri sayılır və molekulyar genetikanın inkişafında böyük rol oynamışdır. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod, ona Nobel mükafatını qazandırıb. Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə (orqanizmdən kənarda)(in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Adətən PZR metodu ilə 10 kb (kilo əsas cütü) böyüklüyə qədər DNT çoxaltmaq mümkündür, ancaq bəzi metodlar 40 kb uzunluqda hissənin çoxaldılmasına belə imkan verir.

n sadə PZR metodunun tətbiqi üçün aşağıdaki komponentlər lazımdır:

• İçində çoxaldılmaq istənilən regionu saxlayan DNT.

• Regionun sonlarına tamamlayıcı olan iki növ praymer.

• İstiliyə davamlı DNT polimeraz fermenti.

• Dörd növ dezoksiribonukleotid fosfat (A, G, C, T)

• Fermentin çalışması üçün optimal şərait yaradan bufer məhlulu.

• Divalent kation, {adətən maqnezium ancaq manqan da istifadə oluna bilər}.

Reaksiya 0,2-0,5 millilitrlik plastik qabcıqlar içərisində 15-100 mikrolitr həcmə malik PZR cihazında aparılır. Cihaz reaksiyanın gedişatı üçün önəmli olan dəqiqliyi ən az 0,1°С olan isitmə və soyutma dövrlərini təmin edir.

PZR analizi Azərbaycanda bütün klinikalarda eyni texnologiya ilə həyata keçirilir. PZR analizi hepatit də daxil olmaqla, bir çox virus xəstəlikləri zamanı təyin edilir. Analiz nəticəsində virusun qandakı yüklülük miqdarı təyin edilir və növbəti müalicə kursu bu analizin cavabına uyğun qurulur.

Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
YAŞADAN və YAŞAYAN LİDER
YAŞADAN və YAŞAYAN LİDER