fotofakt

KTM-in yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var

Tarix:14-02-2020, 11:17
Baxış Sayı:3 337

KTM-in yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var
Kliniki Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.
Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı barədə məlumat verilib.

Xəstəxanaya yerləşdirilən ikinci şəxs 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tiflisə uçub. Azərbaycana avtomobillə gəlib. Hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Bu gün saat 07:15 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti fevralın 18-i bitir.(apa)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı