fotofakt

Səhiyyə Təşkilatı koronavirusun müalicəsi ilə bağlı açıqlama yayıb

Tarix:6-02-2020, 15:00
Baxış Sayı:167

Səhiyyə Təşkilatı koronavirusun müalicəsi ilə bağlı açıqlama yayıb
Hazırda ölümcül 2019-nCoV tipli koronavirusa qarşı dərman yoxdur.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə proqramlar üzrə icraçı direktoru Maykl Rayan bəyan edib.

O, adekvat müalicə həyata keçiriləcəyi təqdirdə yoluxanların əksəriyyətinin ölməyəcəyindən əminliyini ifadə edib.

“Virusdan ölənlərin əksəriyyəti səhhətlərində problemlər olan yaşlı insanlardır. Pasientlərin çoxu ona görə ölüb ki, orqanlarının fəaliyyəti dayanıb. Bu, virusa görə deyil, onun yaratdığı şokdan baş verir”,- deyə M.Rayan bildirib.

Mütəxəssis onu da vurğulayıb ki, HİV və ya koronavirusun əvvəlki tipləri ilə mübarizədə istifadə olunan dərmanların qəbulunun effektivliyi sübut olunmayıb.

Bununla belə, dövlət 2019-nCoV ilə mübarizədə effektivliyini yoxlamaq üçün sertifikatlaşdırılmış dərmanlardan, o cümlədən interferon və inhibitorlardan istifadə edə bilər.

ÜST həmçinin, bu halda dərmanların effektivliyini öyrənmək üçün belə araşdırmaların nəticələrini paylaşmağa çağırış edib. (oxu.az)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı