fotofakt

“Oğlum soruşanda ki, ata, Şuşada olmusan, deyirdim ki, kaş olmayaydım...”

Tarix:26-11-2020, 22:59
Baxış Sayı:95

“Oğlum soruşanda ki, ata, Şuşada olmusan, deyirdim ki, kaş olmayaydım...”
“Üstümüzdə çox ağır bir yük var idi. Amma bu, yolun başlanğıcıdır. Mən bu barədə xoşbəxt adamam ki, Azərbaycanın bütövlüyünü gördüm”



Bunu müğənni Akif İslamzadə deyib.



A.İslamzadə qələbə münasibətilə xalqımızı təbrik edib: “Bu belə də olmalı idi, yazıda da var. Hamını təbrik edirəm. Üstümüzdə çox ağır bir yük var idi. Amma bu, yolun başlanğıcıdır. Mən bu barədə xoşbəxt adamam ki, Azərbaycanın bütövlüyünü gördüm. Bundan sonra “Turan”ı da yaratmaq olar və başqa bir mərhələ isə vəhdətin birliyidir. Torpaqlarımızın işğalda qalmasına görə hamımız bədbin idik, amma bununla yanaşı içimizdə bir inam da var idi. Ola bilməzdi ki, bu baş verməsin. Düşünürəm ki, bəşər tarixində indiki kimi dünyanın belə əxlaqsız, mənəyyatsız dövrü olmayıb. Bu sıçrayışla, hərakatla dünyanın rəngi də dəyişdi”.



A.İslamzadə dünya liderlərinin əxlaqsız çıxışlarını da sərt tənqid edib: “Siz dünyanı idarə edənlər bir baxın. Roma Papası kişiylə-kişinin, qadınla-qadının bir yerdə yaşamasıyla bağlı fətva verdi. ABŞ-ın keçmiş prezident Donald Tramp demişdi ki, “qızımın yaxşı görünüşü var, amma heyf ki, qızımdır”. Siz indi düyanı idarə edən belə əxalqsızların dediklərinə fikir verin. Belə adamları heç evə buraxmaq olmaz. Makron ondan da beş betərdi. Danışanda əzilib-büzülüb danışır və açıqlamalarının birində Allahı təhqir etməyə haqq verdiyini bildirdi. Dünyanın özünə baxanda görürsən ki, alimlər kütləvi qırğın silahlarını satmaq uğrunda yarışırlar. Bunlara alim demək də düz deyil. Onlara Nobel mükafatı verirlər. Nobelin özünün əxlaqı nədir ki, mükafatı da nə olsun. Dinamiti Nobel qardaşları hazırlayıblar. Bakı neftiylə onların gəlir əldə etdiyini deyirlər, amma bu yanlış məlumatdır. Onlar Birinci Dünya Müharibəsində hər iki tərəfə dinamit satmaqla məşğul olublar və yaxşı gəlir əldə ediblər. Onların özlərinin verdikləri informasiyada heç 85 faizi Allaha inanmsızlıqla bağlıdır”.



Sənətçi həyatda əxlaqlı yaşamağın varlı yaşamaqdan vacib olduğunu deyib: “Yaxşı yaşamaq elə əxlaqlı, mənəviyyatlı yaşamaq deyil. Deyirlər insan ev tikməlidir, törəməlidir. Bunu onsuz heyvan da edir. Ona görə demək istəyirəm ki, insanın başqa fünksiyaları var. Bu gün insanlar insanlıqdan çıxıb. Dünyanın ən yaxşı ölkələrindən biri İsveç sayılır, amma ən çox intihar hadisələri onlarda baş verir. Elə bu yaxşı yaşamaqdırsa, hadisələrin qarşısını alsınlar da”.



Sənətçi Şuşa haqqında da fikirlərini bölüşüb: “Mən Şuşada bir dəfə Üzeyir bəyin yubileyində olmuşam. Şuşa işğal olunandan sonra oğlum məndən soruşanda ki, “ata, Şuşada olmusan?”, Deyirdim ki, kaş olmayaydım. Çünki görməyən adama Şuşanın işğalı bir cür, amma o yerləri görən adam üçün başqa cür təsir edir. Mənim anamın atası Ağdam rayonundandır, yəni bir tərəfim Qarabağa gedib çıxır. Ona görə də mənim üçün o yerlər əzizdir. Azərbaycanımızın hər yeri bizim üçün əzizdir, amma mənə Bakıdan kənarda əziz yer yoxdur. Bakı mənim üçün mənəvi vətəndir, ilham mənbəyidir, burda özümü çox rahat hiss edirəm. Böyük mənada götürəndə mənim üçün vətən anlayışı Böyük Türküstandır və ondan sonra bütün dünyadır”.Moderator

Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
YAŞADAN və YAŞAYAN LİDER
YAŞADAN və YAŞAYAN LİDER