fotofakt

Xalq artisti Röyadan İLK AÇIQLAMA

Tarix:22-10-2019, 11:08
Baxış Sayı:84

Xalq artisti Röyadan İLK AÇIQLAMA
Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

"Ölkə.Az” xəbər verir ki, ad alanlar sırasında Əməkdar artist Röya Ayxan da olub.

Sənətçi "Ölkə.Az”a açıqlamasında fəxri ad alması üçün çox sevincli olduğunu bildirib:

"Mən məni bu illər ərzində səhvim və düzüm ilə dəstəkləyən bütün dostlarım, media dostlarım, yanımda çalışan dostlarım və eyni zamanda da məni mən edən hər bir kəs, mahnılarım ilə ağlayan, gülən, sevinən hər bir kəsə təşəkkür edirəm. Çünki, bu ad mənim deyil, sizindir. Bu ad mənə bu sevgiyə görə verilib. Mən dövlət başçımıza təşəkkür edirəm. Eyni zaman da Mehriban xanıma da təşəkkür edirəm. Mənim ailəmi sevindirdiklərinə görə bir daha təşəkkür edirəm. Mənim ilə bir yerdə bu ada layiq görülən sənət dostlarımı da təbrik edirəm. Hamınızın gözü aydın. Allah heç kimin əziyyətini yerdə qoymasın".

Qeyd edək ki, Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə, Tünzalə Ağayeva və Miri Yusif də fəxri adlara layiq görülüb.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı