fotofakt

Türk iş adamları azad edilmiş torpaqlara investisiya yatıracaq

Tarix:12-11-2020, 12:17
Baxış Sayı:139

Türk iş adamları azad edilmiş torpaqlara investisiya yatıracaq
“Qarabağ Azərbaycanın təbiəti, yeraltı, yerüstü sərvətləri ilə zəngin dilbər bir guşəsidir. Uzun illər işğal altında qalan, yeraltı sərvətləri, xüsusilə qızıl yataqları ilə tanınan Kəlbəcər rayonu bu qəbildən olan ərazilərdəndir.

Bu illər ərzində həmin yataqları qanunsuz şəkildə istismar edən, talançılıqla məşğul olan əcnəbi şirkətlər əldə etdikləri haram qazancın bir hissəsini işğalçı dövlətə hədiyyə ediblər, digər hissəsini isə satıblar”.

Qafqazinfo xəbər verir ki, bunu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yanğın ölkələrimiz arasındakı dostluq, qardaşlıq və birgə əməkdaşlıq əlaqələri haqda danışarkən deyib.
O bildirib ki, dünyanın ədalət qərarı olarsa, həmin şirkətlərin çox böyük bir təzminata məhkum edilməsi lazımdır:

“Çünki başqasının torpağından bir başqasının icazəsi ilə qızıl çıxarıblar, bu haqqı onlara heç kim verməyib. Ölkələrarası ticarətdə, dünyanın ticarət haqqında qanunlarında, BMT qərarlarında belə icazə yoxdur. Amma təəssüf ki, sıra türk dünyasına gəlincə, dünya susur”.

ATİB sədri qeyd edib ki, ilkin hesablamalara görə, işğaldan azad edilmiş torpaqların yenidən bərpasına milyardlarla vəsait xərclənməlidir:

“Bu baxımdan, biz, - qardaş ölkədə fəaliyyət göstərən iş adamları, - bütün dünya türklərini həmin ərazilərə investisiya yatırmağa, iş qurmağa çağırırıq. Amma yatırımın əvəzində pul qazanmağa deyil, oraların abadlaşdırılmasına və həmin bölgələrə köçürüləcək insanların rahat yaşamaları üçün dəstək verməyə hazır olduğumuzu bir daha söyləmək istəyirəm.

Qardaşlığımızı, dostluğumuzu bir daha bütün dünyaya göstərmək üçün bunu etməliyik. Azərbaycan iqtisadiyyatı ilk dəfə deyil ki, belə sınaq qarşısında qalır. Bu gün Azərbaycan iqtisadiyyatı güclüdür.

Hər hansı bir investisiya ilə bağlı, ticarət, ixracat əlaqələrimizdə əngəl, sıxışdırılma yoxdur. Bu dövrdə ölkədə heç bir maliyyə sıxıntısının, bank, ödəmə sahəsində problemlərin olmadığını müşahidə etdik. Mərkəzi Bankın rezervlərində minimum azalma belə görünmür. Sosial, turizm və s. sahələrdə yatırımlar davam edir”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı ekspert Fikrət Yusifov qeyd edib ki, işğaldan azad olunmuş rayonlarımızın xüsusi bir iqtisadi zonaya çevrilməsi olduqca vacibdir:

“Bölgənin sürətli inkişafının təmin olunması, əsasən, oraya xarici və daxili investisiyaların cəlb edilməsindən keçəcək. Xarici investorlar sırasında türk iş adamlarının daha çox olacağı isə tam gözləniləndir.

Həmin ərazilərdə yeni müəssisələrin və ilk növbədə yerli xammal əsasında fəaliyyət göstərəcək emal müəssisələrinin qurulması imkanları kifayət qədər böyükdür. Bu bölgələrdə turizm sektoruna da investisiya yatırmaq istənilən iş adamı üçün maraqlı olacaq.

Hesab edirəm ki, Azərbaycan hökuməti xarici investisiyaların bölgəyə cəlb olunmasını stimullaşdıran xüsusi güzəşt zərfləri işləyib hazırlamalıdır”.

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə