fotofakt

“Sosial ev"lərdən mənzil ala bilməyən elmi işçidən MİDA-ya qarşı şok iddia

Tarix:16-10-2019, 13:29
Baxış Sayı:67

“Sosial ev"lərdən mənzil ala bilməyən elmi işçidən MİDA-ya qarşı şok iddia
Bu gün Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı keçiriləcək.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcəkdir.

MİDA-nın inşa etdiyi güzəştli mənzillərdən mənzil almaq üçün müraciət edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Əpoş Vəliyev Bizimyol.info-ya bildirib ki, o, MİDA-dan mənzil almaq üçün iki əvvəl qeydiyyatdan keçmişəm.

“İki ildir mən mənzil seçə bilməmişəm. İlk iki seçim sistem çökdüyü üçün satışın nəticəsi ləğv olundu. Milyonlarla maliyyə vəsaitinin ayrıldığı sistemi təhlükəsiz təşkil edə bilməyiblər. Sonrakı seçimlərdə saxtakarlıq baş alıb getdi. Bir neçə saniyə içində mənzillər satıldı. Bizə MİDA-nın qarşısında toplaşıb etiraz etdik. Bizim dinləyib məsələnin həll olunacağına vəd verdilər. Amma vədlərinə əməl etmədilər. Sonuncu satış isə nağd şəkildə satıldı. Bu isə biyabrıçıqlıdır. Güzəştli mənzillərin nağd şəkildə satılması xarici təcrübədə yoxdur. Əgər bir şəxsin 60 min manatı varsa, o başqa yerdən də mənzil ala bilər”,-deyə Ə.Vəliyev bildirib.

O, deyib ki, nağd şəkildə mənzil alanların MİDA-nın mənzillərinə ehtiyacı yoxdu: “Araşdırsanız görəcəksiniz ki Yasamal Yaşayış Kompleksindən alınan evlərin çoxuna köçmə yoxdur. Ehtiyacı olmayan şəxslər həmin mənzili yatırım kimi alıblar. Ya satacaqlar, ya da kirayə verəcəklər. Mən hətta həmin evlərin kirayi verildiyini görmüşəm. Evə ehtiyacı olmayan şəxslərin bizim haqqımıza girdi. Digər dövlət qurumları da buna göz yumdu”.

Ə.Vəliyev MİDA-nın güzəştli mənzil almaq istəyənlərin banklardan arayış tələbini sərt tənqid edib: “Son dəyişiklikdən sonra mənzil almaq istəyən şəxs kredit ödəyəmək imkanını təsdiq etmək üçün bankdan arayış almalıdır. Mən də AMEA-da işləyirəm. Burada işləyənlərin əmək haqqısı bəllidir. Əgər hökumət aztəminatlı ailələri düşünürsə, AMEA-da işləyənlərin maaşını artırsın ki, onlar da ev ala bilsinlər. Düşünmürsə, güzəştli mənzil almaq üçün bankdan arayış tələbindən əl çəksin ki biz də MİDA-dan mənzil ala bilək”.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı