fotofakt

Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir

Tarix:15-10-2019, 13:58
Baxış Sayı:78

Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək bazarına elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açəqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, sahibkarlıq subyektlərin yoxlamaların dayandırılmasl ilə bağlı elan edilmiş monitorinq müddəti 2021-ci ilin sonuna qədərdir:

“Monitorinqin olması biznesin inkişafı üçün çox geniş imkanlar yaradır və dövlət tərəfindən onlar üzərində administrativ yük azaldılır. Bununla bağlı müvafiq dövlət qurumları tərəfindən də yoxlamaların həyata keçirilməsi sahəsində inzibati praktikaların təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindın sahibkarlıq subyektlərində həyata keçrilən yoxlamalar əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi yoxlamalar idi.

Ona görə də bu çərçivədə DƏMX tərəfindən yoxlamaların elektronlaşdırılması, elektron yoxlamalara üstünlük verilməsi, müvafiq fəaliyyət dairələrinə uyğun olaraq audit üçün kriteriyaların müəyyən edilməsi sahəsində işlər aparılır”.

Nazir bildirib ki, DƏMX tərəfindən əmək bazarına elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır:

“Amma monitorinq dayandırılandan sonra həyata keçirilə biləcək səyyar yoxlamaların inzibati icraat praktikası da təkmilləşdiriləcək. Hər hansı əlavə bürokratik yükün olmaması və sahibkarların incidilməməsi üçün bu daha vacibdir”.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı