fotofakt

"Qarabağ"ın legioneri Qarabağ münaqişəsindən danışdı

Tarix:15-10-2020, 11:19
Baxış Sayı:131

"Qarabağ"ın legioneri Qarabağ münaqişəsindən danışdı
"Xarici ölkəyə gələndə bilirsən ki, bir az tənha qalacaqsan. Yəni, bir qardaşa sahib olmaq daha yaxşıdır".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Xayme Romero "elmundo.es" nəşrinə açıqlamasında Bakıdakı həyat təzi barədə danışarkən deyib.


Azərbycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə toxunan 30 yaşlı yarımmüdafiəçi bildirib ki, ölkədə həyat normal qaydada davam edir: "Təhlükə hissi yoxdur. Qarşıdurma digər bölgədə olduğu üçün Bakıda hər şey qaydasındadır. Halbuki burada həmin hadisələri yaşayan çox sayda insan var".
Romeronun sözlərinə görə, klub rəhbərliyi oyunçuların bütün fikrini futbola vermələrini istəyib: "Çünki qarşıda vacib matçlarımız var. Nəticə etibarilə biz problemin yarandığı bölgənin adını daşıyırıq. Buna görə də ölkənin qəbul etdiyi qərarların bir hissəsiyik. İnsanlar burada bizimlədir".
Təcrübəli futbolçu koronavirus pandemiyasının yol açdığı problemlərdən danışıb: "Avropaya səfər zamanı münaqişədən daha çox, pandemiya ilə bağlı problemlər nəzərə çarpır. Həftənin ilk 2 günü testdən keçib səfərə yollanırıq. Sonra isə geri qayıdanda daha bir dəfə test veririk. Vəziyyət bir az qarışıqdır. Martdan bəri nadir hallarda karantində olurduq. Amma restoranlar işləmirdi. Sonra səhər açılıb axşam 19:00-da bağlanmağa başladı. Qaydalar tədricən yumşaldıldı. Ümid edirəm ki, müharibə və virus bitəndə normal həyat sürə biləcəyik".
Yarımmüdafiəçi komandanın baş məşqçisi Qurban Qurbanovdan da bəhs edib: "Ciddi görünsə, futbolçularla çox yaxındır. Klubun qazandığı uğurlarda onun rolu böyükdür. Məşqdə ingiliscə danışırıq. Amma mən bu dili yaxşı bilmirəm. Ümumiyyətlə, mənim dil bilgim faciəvidir. Lakin tərcüməçimiz var. O, hər şeyi mənim üçün ispan dilinə tərcümə edir. Komanda yoldaşlarımla bacardığım qədər ingiliscə danışıram".
İspaniya "Real Madrid"ində çıxış edərkən Kriştianu Ronaldunu əvəzləməsindən də söz açan Romero bunun xususi hiss olduğunu vurğulayıb: "İnsanların gözündə ən çox diqqət çəkən budur. Dünyanın ən yaxşı oyunçusunu əvəzləmişdim. Amma o, başqa oyun idi və həmin vaxt daha vacib hisslər keçirdim".

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı