fotofakt

Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu - Foto

Tarix:18-12-2019, 12:47
Baxış Sayı:157

Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu - Foto
Azərbaycanlı rəqqaslar Eldar Cəfərov və Anna Sajina Avstriyada peşəkarlar arasında keçirilən "WDC World Championship Professional Ballroom Showdance 2019” şou üslublu bal rəqsləri üzrə dünya çempionatının qalibi olublar.

"Qafqazinfo” bildirir ki, bu barədə E. Cəfərov sosial şəbəkə hesabında məlumat verib.

Duet dünyaca məşhur xoreoqraf Tələt Tarsinovun quruluş verdiyi "Artist” adlı inanılmaz nömrə ilə münsiflər heyəti və tamaşaçıları heyran edib."WDC World Championship Professional Ballroom Showdance 2019” çempionatında dünyanın ən yaxşı rəqqası adı uğrunda Avstriya, Almaniya, Böyük Britaniya, Yaponiya, Rusiya, Ukrayna, ABŞ və bir sıra digər ökələrdən olan peşəkar cütlüklər mübarizə aparırdı. Nəticədə çempionatın gümüş medalı avstriyalı duetə, bürünc medalı isə Rusiyadan olan cütlüyə çatıb.

Qeyd edək ki, Eldar Cəfərov və Anna Sajina bundan öncə peşəkarlar arasında on rəqs üzrə Dünya çempionu və Avropa çempionu tituluna layiq görülüb, dünyanın müxtəlif ölkələrində bir sıra digər rəqs turnirlərinin qalibləri, həmçinin "Avroviziya”nın rəqs müsabiqəsinin iştirakçısı olublar. Eldar Cəfərov və Anna Sajina həmçinin Azərbaycanda Peşəkar Rəqs Birliyinin yaradıcılarıdır.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı