fotofakt

AVRO-2020: İsveçrə yığmasının Bakı planı açıqlanıb

Tarix:10-12-2019, 13:03
Baxış Sayı:103

AVRO-2020: İsveçrə yığmasının Bakı planı açıqlanıb
AVRO-2020-nin final mərhələsində qrup oyunlarından ikisini Bakıda keçirəcək İsveçrə millisinin yarışa hazırlıq proqramı müəyyənləşib.
Vladimir Petkoviçin baş məşqçi olduğu yığma turnirə hazırlığa Bad-Raqats şəhərindəki toplanışla start verəcək.

Mayın 25-dən iyunun 4-dək burada məşq edəcək yığma iki yoxlama matçına çıxacaq. İsveçrəlilər mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də Sankt-Qallendə Lixtenşteynlə görüşəcək.

İyunun 8-də Sürixdən Bakıya uçacaq milli ayın 13-də AVRO-2020-dəki ilk görüşündə Uelsə qarşılaşacaq. Oyunun ertəsi gün İtaliya paytaxtı Romaya yollanacaq İsveçrə iyunun 17-də bu ölkənin yığması ilə qarşılaşacaq. Həmin matçdan bir gün sonra Bakıya qayıdacaq V.Petkoviçin komandası ayın 21-də Türkiyə ilə üz-üzə gələcək. İsveçrənin Bakıda hansı oteldə qalacağı və hansı arenada məşq edəcəyi hələ dəqiqləşməyib. Həmçinin komandanın martda keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər də bəlli deyil.

Baş məşqçi hazırlıq planı barədə fikirlərini də açıqlayıb: “Çempionat vaxtı məskunlaşmaq üçün Romadakı baza daha yaxşıdır. UEFA ilə müzakirələrdən sonra ilk oyundan 5 gün əvvəl Bakıya getməyə qərar verdik. Bu, bizə uyğunlaşmaq üçün kifayət edəcək. İqlim baxımından bu iki şəhər bənzərdir. Qarşılaşmaların ertəsi gün bir şəhərdən digərinə yollanacağıq”.(apa)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı