fotofakt

“Vüqar Həşimov” və “Odlar Yurdu” Avropa Kubokuna darmadağınla başladı

Tarix:11-11-2019, 14:44
Baxış Sayı:78

“Vüqar Həşimov” və “Odlar Yurdu” Avropa Kubokuna darmadağınla başladı
Monteneqronun Ultsin şəhərində XXXV şahmat üzrə klublararası Avropa Kubokuna start verilib.

Oxu.Az xəbər verir ki, bu yarışda debüt edən “Vüqar Həşimov” klubu ilk görüşündə Belçikanın “Fontan” komandasına 5:1 hesabı ilə qalib gəlib.

Bu görüşdə yeganə məğlubiyyəti, komandamızın lideri sayılan Rauf Məmmədovun ukraynalı həyat yoldaşı, dördüncü lövhədə çıxış edən Nataliya Buksa alıb. Digər beş şahmatçımız görüşlərini qələbə ilə başa vurub.

Şəhriyar Məmmədyarovun çıxış edəcəyi Şimali Makedoniyanın “Alkaloid” klubu Nərgiz Umudovanın (həyat yoldaşı Niderlanddan olduğu üçün bu klubda oynayır – S.M.) çıxış etdiyi Belçikanın “Eşikye Mözan” komandasını 5:1 hesabı ilə məğlub edib. Nərgiz Umudova dördüncü lövhədə Yuri Krıvoruçkoya uduzub. Şəhriyar Məmmədyarova isə Rumıniyadakı yarışı ilə əlaqədar olaraq iki turluq icazə verilib.

Nicat Abbasovun çıxış etdiyi Avstriyanın “Rayka Rapid” klubu Finlandiyanın “Ninya” komandasını eyni hesabla məğlubiyyətə uğradıb. Birinci lövhədə çıxış edən Nicat qələbə qazanıb.

Qadınların yarışında isə SOCAR-ın maliyyələşdirdiyi “Odlar Yurdu” komandası İsrailin “Rişon Letsion” komandasını darmadağın edib – 4:0. Hazırda “Odlar Yurdu” iki xalla İtaliyanın “Saissa Pentole Anyelli” və Çexiyanın “Novı Bor” klubları ilə birgə ilk üç sıranı paylaşır.

Qeyd edək ki, “Vüqar Həşimov” klubu bu tur Sloveniyanın “Maribor” komanda ilə görüşəcək. “Odlar Yurdu” isə bu gün ilk turda heç-heçə etmiş Gürcüstanın “Nona” klubu ilə qarşılaşacaq.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı