fotofakt

Ermənilər Kəlbəcərdə məktəbləri də yandırır - VİDEO

Tarix:16-11-2020, 21:43
Baxış Sayı:187

Ermənilər Kəlbəcərdə məktəbləri də yandırır - VİDEO
Ermənistan işğal etdiyi Azərbaycanın Kəlbəcər rayonunu vandalizm aktları törədərək boşaldır. Kəlbəcər işğal olunandan sonra qanunsuz şəkildə rayona yerləşdirilən erməni əhalisi azərbaycanlılara məxsus evlərdə yaşayıb. İndi rayonu tərk edərkən həmin evlərlə yanaşı, məktəbləri də yandırırlar. Beynəlxalq media tərəfindən yayılan foto və videolarda da bu vandallıq öz təsdiqini tapır.

Fotofakt.az bildirir ki, bu barədə Modern.az-a Ombudsman Aparatından daxil olan məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistan mətbuatında Kəlbəcəri tərk edən məktəb direktorunun məqsədli şəkildə məktəb binasını yandırmasının fəxrlə vurğulanması da onların növbəti vandallıq aktlarının sübutudur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünya dövlətlərini, beynəlxalq təşkilatları təcavüzkar Ermənistanın vandalizm aktlarının qarşısının alınmasına çağırıb.

Özünü Təhlükəsiz Məktəb Bəyannaməsinin "dəstəkçilərindən" biri kimi təqdim edən Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki 1107 təhsil obyektinin və 855 uşaq bağçasının tamamilə məhv edilməsinə görə məsuliyyət daşıyır.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı