Ağcabədidə məskunlaşan laçınlı ailənin fermer təsərrüfatında yanğın olub.
Laçın rayonundan olan olan məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı Qarakeçdi obasında Talıbxan, Daşqın və Təbriz Axundov qardaşlarının təsərrüfatında baş vermiş yanğın nəticəsində 22 baş iribuynuzlu heyvan, 2 baş at yanaraq tələf olub. Bundan başqa, 1500 ədəd ot bağlaması yanıb.
Hadisə yerinə FHN-nin Ağcabədi və Laçın rayon, yanğınsöndürən bölmələri cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Alovun yaxınlıqda olan digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb.(apa)