Xırdalanda iki məktəblini avtomobil vurub. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb.
Fotofakt.az "oxu.az"-a istinadla xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən 15 yaşlı Alsu Səbzəliyeva və 14 yaşlı Fidan Orucovanı vurub.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlar Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləridir.
Xəsarət alan Fidan adlı qızın komaya düşdüyü bildirilir.