fotofakt

Yasamalda 2, Binəqədidə 1 nəfəri avtomobil vurub

Tarix:22-10-2019, 12:57
Baxış Sayı:81

Yasamalda 2, Binəqədidə 1 nəfəri avtomobil vurub
Axşam saatlarında Bakıda ümumilikdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Hadisələrdən ilki Binəqədi rayonunda qeydə alınıb. 8-ci mikrorayon ərazisində minik avtomobili 1999-cu il təvəllüdlü Kərimov Ruslan Rafael oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona dizin və belin əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilib.

Digər hadisə isə Yasamal rayonunda baş verib. Belə ki, minik avtomobili yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Muradov Azər Allahverdi oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona sol qolun sınığı diaqnozu qoyulub.

Yasamal rayonunda qeydə alınan anoloji hadisə zamanı 23 yaşlı qadın xəsarət alıb. Belə ki, 99-XB-811 dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik avtomobili yolu keçmək istəyən Nəsirzadə Nərmin Mirzə qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hər üç faktla bağlı müvafiq rayonların polis idarələrində araşdırma aparılır.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı