fotofakt

Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi?

Tarix:16-10-2019, 16:41
Baxış Sayı:68

Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi?
Xəbər verildiyi kimi, oktyabrın 15-də Rusiyada yaşayan uğurlu azərbaycanlı işi adamlarından biri, Çelyabinskdə işləyən Əlişah Süleymanov avtomobil qəzasında həlak olub.

Fotofakt.az xəbər verir ki, hadisə Yujnouralsk-Maqnitoqorsk trasında baş verib.
Əlişah Suleymanovun olduğu «Toyota Land Cruiser» idarəetməni itirərək aşıb. Biznesmen aldığı xəsarətlərdən yerindəcə vəfat edib, sürücü xəstəxanaya götürülüb.

Vəfat edən azərbaycanla biznesmen kim idi?
Əlişah Süleymanov 1960-cı ildə anadan olub, Azərbaycan inşaat mühəndisləri institutunu bitirib və 1995-ci ildə Çelyabinskə köçüb.
Biznesə fərdi sahibkar kimi, bazarda mağaza açmaqla başlayıb. Ailəli olub, 3 övladı var.
Vəfat edəndə isə Əlişah Süleymanov müxtəlif sahələrdə fəaliyyət göstərən çoxsaylı şirkətləin sahibi olub. Bu şirkətlər şirniyyatdan tutmuş tikintiyədək fəaliyyət göstərir. Süleymanov «Ruslada» ASC-nin də sahibidir.

«Ruslada» ticarət evi regionun ən böyük şirniyyat şirkətidir və 250-dən artıq şirniyyat fabrikinin distribütorudur.
Süleymanovun öz şirkətləri də şirniyyat istehsal edir. Bunlar «Kolos», «Rusladko», «Malinkin» və Limerick adları ilə satılır.
Ə.Süleymanov daşınmaz əmlakın alış-satışı və kirayəsi ilə məşğul olan firmanın da sahpbi olub.

Süleymanovlar ailəsi Cənubi Uralda rekreasiya və sanatoriya biznesini də inkişaf etdirir. Bir neçə il əvvəl ailə Smolino gölünün sahilində «Solneçnıy bereq» layihəsini reallaşdırıb. Nəticədə istifadəsiz sahil xətti məşdur çimərliyə çevrilib.

Onu Uralın ən uğurlu biznesmenlərindən hesab edirdilər.(FED)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı