fotofakt

Azərbaycanlı iş adamı Rusiyada avtomobil qəzasında ölüb

Tarix:16-10-2019, 13:33
Baxış Sayı:68

Azərbaycanlı iş adamı Rusiyada avtomobil qəzasında ölüb
Rusiyanın Çelyabinsk vilayətində regionun ən varlı adamlarından və uğurlu biznesmenlərindən olan azərbaycanlı Əlişah Süleymanov qəza nəticəsində həlak olub.
Fotofakt.az xəbər verir ki, hadisə barədə Rusiya KİV-ləri məlumat veriblər, “Ruslada” şirniyyat fabrikinin, tikinti və rieltor şirkətlərinin sahibi olan Əlişah Süleymanovu həlak olması ilə nəticələnən qəza ötən gün oktyabrın 15-də Yujnouralsk-Maqnitoqorsk şose yolunun 24-cü kilometrliyində baş verib.

Çelyabinsk vilayəti üzrə yol polisinin mətbuat xidmətinin bildirdiyinə görə, “Toyota Land Cruiser 200” markalı avtomobilin sürücüsü hərəkət üçün təhlükəsiz sürət rejimi seçməyib və meteoşəraiti nəzərə almayıb, nəticədə idarəetməni itirib. Avtomobil yolun kənarındakı xəndəyə aşıb. Nəticədə avtomobilin sərnişini-biznesmen Süleymanov hadisə yerində həlak olub. 43 yaşlı sürücü yaralanıb.

1960-cı ildə Azərbaycanda anadan olan Ə.Süleymanov bir neçə şirkətin, o cümlədən “Ruslada” şirkətinin, “Kolos” qida məhsulları şirkətinin və “MontajSpetsStroy” MMC tikinti şirkətinin sahibidir. Çelyabinskdə 90-cı illərin əvvəllərində gəlib, regionun ən uğurlu biznesmenlərindən hesab olunurdu.

Süleymanov biznesə 1995-ci ildə Çelyabinskdə, bazarda mağaza açmaqla başlayıb, daha sonra biznesini böyüdüb. 2000-ci illərin əvvəllərində “Ruslada” firmasını yaradıb və sonradan onu Rusiyanın ən iri konditer fabrikinə çevirib.(virtualaz.org)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı