Bərdədə ağır yol qəzası baş verib.
Anews.az xəbər verir ki, Bərdə-Quzanlı yolunun Soğanverdilər kəndi yaxınlığından keçən hissəsində "VAZ 2107" markalı 90 KT 457 dövlət qeydiyyat nişanlı avtomobil maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.