fotofakt

Azərbaycanda ana 10 aylıq körpəsini boğub öldürdü

Tarix:2-10-2019, 15:43
Baxış Sayı:63

Azərbaycanda ana 10 aylıq körpəsini boğub öldürdü
Ağdam rayonunun Qərvənd kəndində 10 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Günel İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Fotofakt.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirib.

Məhləmənin baxış iclası oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qərvənd kəndində müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 27 yaşlı Günel İsmayılova həyat yoldaşı Ramil Ramiz oğlu İsmayılovla dalaşıb, bundan sonra 10 aylıq yeganə övladını boğaraq qətlə yetirib.

O, hadisədən sonra Ağdam Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub və saxlanılaraq istintaqa cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə), 120.2.9-cü təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham verilib.

Məlumata görə, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub və ailədə tez-tez münaqişələr baş verib. Boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb. Öldürülən uşaq ailənin tək övladı olub.(unikal org)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı