Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 18-ci kilometrliyində, Şəki rayonunun Turan qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Babayev Mehdi Miskar oğlu “Otokar Tempo” markalı avtobusla Yevlax istiqamətində hərəkətdə olarkən Şəki rayon sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Nihat Şakir oğlunun idarə etdiyi “Ford Transit” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində N.Allahverdiyev xəsarətlə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.