fotofakt

Şəhidin adını daşıyan, 800 şagirdin oxuduğu məktəb TÖVLƏNİ xatırladır - uçan təhsil ocağı nə vaxt təmir olunacaq?

Tarix:31-07-2024, 12:30
Baxış Sayı:1


Cəlilabad rayonunun Maşlıq kəndindəki şəhid Nizami Alışanov adına tam orta məktəb qəzalı vəziyyətdədir. Bu haqda kənd sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elçin Xudaverdiyev Moderator.az saytına məlumat verib.
“Məktəb uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Uçduğu hissələri də var. Bu məktəb şəhidin adını daşıyır. Şəhid adını daşımasına baxmayaraq məktəblə heç bir aidiyyatı qurumlar maraqlanmır. Məktəbdə 800-ə yaxın şagird təhsil alır. Onların həyatı təhlükədədir. Hər an uça və şagirdlər altında qala bilər” deyə kənd sakini bildirib.
Elçin Xudaverdiyev deyir ki, aidiyyatı qurumlara kənd sakinləri, məktəb rəhbərliyi tərəfindən dəfələrlə müraciət olunub.
“Hər il deyilir ki, tikiləcək, amma ortada bir şey yoxdur. Özüm də dəfələrlə Regional Təhsil İdarəsinə zəng etmişəm. Təəssüf ki, nəinki gəlib maraqlanan, heç telefona da cavab verən olmayıb. Təhsil millətin gələcəyidir. Amma bu məktəbdə nəinki təhsilin, heç uşaqların gələcəyinə də ümid etmirəm” deyə kənd sakini bildirib.
Qeyd edək ki, Moderator.az olaraq Maşlıq kənd məktəbinin təhlükəli vəziyyətini bir müddət əvvəl də işıqlandırmışdıq. Elm və Təhsil Nazirliyi problemdən xəbərdardır. Onlar bildiriblər ki, yaxın günlərdə məktəblə bağlı məlumat veriləcək. Ümid edirik ki, problem yeni dərs ilinə qədər öz həllini tapacaq.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı