fotofakt

Ölkəmiz beynəlxalq kosmik ailənin nüfuzlu üzvüdür

Tarix:6-10-2023, 11:22
Baxış Sayı:124


Məlum olduğu kimi, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Həmin vaxt bu mühüm beynəlxalq tədbir ilk dəfə idi ki, respublikamızda təşkil olunurdu. Tədbirə ev sahibliyi edən ölkə SSRİ olsa da, istənilən halda Konqresin məhz Azərbaycan paytaxtında keçirilməsi respublikamızın dünyada tanınması, gələcək əlaqələr üçün zəmin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edən hadisə idi. Bu gün Azərbaycanın astronavtika sahəsində əldə etdiyi uğurlarla sübut edir ki, 50 il öncə Ulu Öndərimiz tərəfindən gələcəyə hesablanaraq atılan addımlar hədər getməyib.
Yeri gəlmişkən, qeyed edək ki, bu il oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda, müstəqil Azərbaycanın paytaxtında keçirilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir. Tədbirdə 100-dən artıq ölkəni 5000-dən çox iştirakçı təmsil edib ki, bu da Konqresin mühüm əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Müstəqil ölkə kimi hələ çox gənc olan Azərbaycan artıq on ildən artıq müddətdir ki, beynəlxalq kosmik ailənin üzvüdür. Bu gün kosmik sənayeni inkişaf etdirən Azərbaycanın Yer orbitində ikisi telekommunikasiya məqsədləri, biri isə Yer səthinin müşahidəsi üçün nəzərdə tutulan üç peyki vardır. Həmin peyklər hazırda 45-dən artıq ölkəyə xidmət göstərir. Bu, əlbəttə ki, böyük nailiyyətdir və bu nailiyyətin əsasında Azərbaycan iqtisadiyyatının sürətli inkişafı durur.
Konqresin açılış mərasimində çıxış edən Ölkə Prezidenti İlham Əliyev son dərəcə dəqiqliklə vurğuladı ki, bu gün sivil dünyanın fəal üzvünə çevrilmiş Azərbaycanın dövlət siyasəti hər zaman aydın, şəffaf və birmənalı olub, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib. Artıq dördüncü ildir ki, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamış Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı da uğurla inkişaf edir. Ölkəmiz iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Bu Azərbaycanın iki sivilizasiyanın, Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu coğrafiyada yerləşməsindən dolayı multikulturalizmin təşviqi sahəsində göstərdiyi səylərin effektivliyini daha da artırır.
Onu da qeyd edək ki, Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən mühüm tərəfdaş hesab edilir. Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın getdikcə artan rolu beynəlxalq münasibətlərdə mühüm əhəmiyyət kəsb edən amildir. Çünki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir və xarici siyasət kursunun müəyyənləşdirilməsi prosesində bu amili nəzərə almamaq mümkün deyil. Bir vacib məqamı da diqqətə almaq lazımdır ki, Azərbaycan etibarlı enerji təchizatçısı kimi çıxış etmək imkanını əldə edə bilmək üçün çox səylər göstərib və bir çox çətin problemləri öz gücünə həll etməli olub. 28 il ərzində Azərbaycan danışıqlar prosesinə sadiq qaldı, münaqişənin dinc yolla həllini tapacağına, torpaqlarımızın qan tökülmədən geri qaytarılacağına inanmağa çalışdı. Lakin danışıqlar bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə 27 il icra olunmadı. İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadılar. Nəhayət, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan- özünümüdafiə hüququndan istifadə etdi və öz ərazilərini azad edərək işğala son qoydu. Bir aydan da az müddət əvvəl isə, ölkəmiz öz suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan dövlətinin gündəliyində duran ən vacib məsələ Cənubi Qafqazda davamlı sülhü bərqərar etməkdən ibarətdir.
Ən əsası, regionumuzda sabitliyə, inkişafa nail olmaq istəyən bütün qüvvələr yaranmış yeni fürsətləri əldən qaçırmamalı, onların maksimum reallaşması istiqamətində birgə səy göstərməlidir.

Fərid Dünyamalıyev,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq
Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədr müavini

Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
YAŞADAN və YAŞAYAN LİDER
YAŞADAN və YAŞAYAN LİDER