fotofakt

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır

Tarix:22-09-2023, 15:34
Baxış Sayı:82


Son vaxtlar Qarabağda məskunlaşan erməni sakinlərlə təmasların qurulması, həmçinin onların reinteqrasiyası istiqamətində dövlətimiz tərəfindən böyük addımlar atılmışdır. Lakin, Azərbaycan dəfələrlə dialoqa hazır olduğunu bəyan etsə də, Qarabağdakı erməni icması danışıqlardan müxtəlif bəhanələrlə yayınmış və təmas xəttində hər dəfə təxribatlara əl atmışdır. Ermənistan da bu işdə Qarabağdakı erməni icmasına dəstək vermişdir. Azərbaycan real, səmimi danışıqların tərəfdarı olsa da, Ermənistan tərəfi bunun tam əksini ehtiva edən hərəkətlərlə gümdəmə gəlirdi. Ölkəmiz regionda sülhün bərqərar olması üçün şərtlərini əvvəlcədən açıq şəkildə bəyan etmişdi. Həmin tələblərin arasında Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin qalıqlarının ərazini tərk etməsi xüsusi yer tutur. Bu 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatda da öz əksini tapıb. Amma həmin sənədin imzalanmasına baxmayaraq, bütün bunlara nəinki əməl edilməyib, hətta Ermənistan Qarabağdakı qanunsuz rejimin və buradakı silahlı dəstələrin maliyyələşdirilməsini davam etdirib. Son dövrlərdə baş verən təxribatlara nəzər salsaq, bunu asanlıqla görmək mümkündür. Bu gün xain qərb qonşumuzun ərazi bütövlüyümüzü əməldə tanımaması, eləcə də Paşinyanın ancaq sözdə bunu deməsi prosesin irəli getməsinə əngəl törədir. Ermənistan baş nazirinin bu cür mövqe sərgiləməsi Azərbaycanı bu məsələni güc yolu ilə həll etməyə sövq edirdi.2023-cü il 20 sentyabr tarixində Prezident İlham Əliyev xalqa müraciətində də demişdir: “2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir.Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.”
Son təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülhlə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir. Ermənistan və onun timsalında sülhə mane olan ölkələr, ilk növbədə, Azərbaycanın heç bir halda öz ərazisində başqa ölkənin hərbçilərinin və qanunsuz silahlı dəstələrinin qalması ilə barışmayacağını dərk etməlidirlər. Hələ 44 günlük Vətən müharibəsi dövründə bütün dünya Azərbaycanın gücünə, imkanlarına şahid oldu. Bu gün Azərbaycanın gücü qat-qat üstündür. Əgər separatçılar və Ermənistan öz mənfur əməllərinə davam etsələr, dövlətimiz yenidən öz qanuni ərazilərində anti-terror əməliyyatlarına başlayacaq. Qarabağdakı silahlı dəstələrin və terrorçuların son zamanlarda müxtəlif formalarda təxribatlar törətməsi Azərbaycanın daha sərt addımlar atmasına, anti-terror əməliyyatları keçirməsinə gətirib çıxarmışdır.
Digər vacib məqamlardan biri də işğaldan azad edilmiş ərazilərimizdəki sakinlərin təhlükəsizliyi məsələsidir. Qarabağdakı separatçılar isə vətəndaşlarımızın doğma yerlərində dinc yaşaması üçün ən böyük təhlükədir. Buna görə də məsələni kökündən həll etməyin zamanı yetişib. Ermənistan da buna uyğun real addımlar atmalıdır. Əks halda, növbəti dəfə baş verə biləcəklər heç də düşmənin xeyrinə olmayacaq. Qarabağdakı separatçılar da vəziyyətin ciddiliyini anlamalıdırlar.

Məlakə Məlikova,
Salyan şəhər 5 saylı ümumi orta məktəbin direktoru


Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
YAŞADAN və YAŞAYAN LİDER
YAŞADAN və YAŞAYAN LİDER