fotofakt

Azərbaycanın bütün addımları legitim və ədalətlidir

Tarix:22-09-2023, 15:28
Baxış Sayı:43


Bildiyimiz kimi, 2023-cü il 20 sentyabr tarixində ölkə prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktına cavab olaraq lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bildirərək qeyd etdi ki, bu tədbirlər nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Azərbaycan həmişə olduğu kimi bu dəfə də məsuliyyətli mövqe sərgiləmiş, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməmiş və mülki əhali qorunmuşdur.
Qeyd edək ki, legitimlik ifadəsi artıq iki əsrdən çoxdur ki, dövlətçilik və idarəetmə mütəxəssislərinin leksikonunda işlədilir. Son zamanlar siyasətçi və hüquqşünaslar bu termindən çox istifadə etsələr də, əslində, legitimlik siyasi və ya hüquqi deyil, məhz sosial prosesdir. Azərbaycan dövlətinin də, siyasətimizin də, xalqın və milli dövlətçiliyin mənafeyi naminə atdığımız addımların legitimliyi göz qabağındadır. Buna heç kəsin zərrə qədər də şübhəsi ola bilməz. Dövlət başçımız bu məsələni martın 9-da “Dünya bu gün: Ça¬ğırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında xüsusilə qabartdı. Cənab Prezi¬dent Azərbaycan dövlətinin son bir neçə ildə atdığı addımları xarakterizə edərkən xatırlatdı ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, on¬ları Qarabağdan sürgün salıb və bir mil¬yon azərbaycanlıya əzab-əziyyət verib.
Birləşmiş Millətlər Təşkilatının Təh¬lükəsizlik Şurası münaqişəni dinc yol¬la həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələr qəbul etsə də, həmin sənədləri icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, rəsmi İrəvan, sadəcə, BMT-nin Təhlükə¬sizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, dünya ictimaiyyətinə hörmətsizlik etdi. Yəni, bu işğalçı ölkənin son on illərdəki siyasi fəa¬liyyəti birmənalı olaraq, qeyri-legitimdir.
Bu isə o demək idi ki, ərazi bütövlüyü¬nün təmin edilməsi, işğal və etnik təmiz¬ləmə prosesləri zamanı yurd-yuvasından didərgin salınmış əhalimizin hüquqlarının bərpası, düşmən tapdağı altındakı əra¬zilərimizin – barbarlıq, talan və qarətə məruz qalmış şəhər və kəndlərimizin əsarətdən qurtarılması Azərbaycanın le¬gitim hüququ müstəvisində özünə yer al¬mışdı. Prezident İlham Əliyev bu addım¬ları atmazdan əvvəl – bəlkə də on ildən çox müddətdə – dünya ictimaiyyətinə xatırladırdı ki, beynəlxalq təşkilatlar bu problemi sülh yolu ilə həll edə bilmirsə, Azərbaycan dövləti, xalqımız və ordumuz həmin vəzifənin öhdəsindən gəlməyə qa¬dirdir və gələcək. Bu, belə də oldu.
Ekspertlərin fikrincə, Azərbaycan dövlətinin təkcə 44 günlük İkinci Qara¬bağ müharibəsi zamanı nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq deyil, ümumiyyət¬lə, son onilliklərdə atdığı bütün addım¬lar legitimdir, ədalətlidir və beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanır. Türkiyə mətbuatının yazdığına görə, Prezident İlham Əliyevin “Zəngəzur dəh¬lizinin açılması mütləq olmalıdır, Ermə¬nistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantı¬mız olmalıdır və olacaqdır,” – deməsi tə¬sadüfi deyil. Çünki bu layihənin icrasını İran və Ermənistandan başqa bütün döv-lətlər dəstəkləyirlər. Yəni bu layihə bey¬nəlxalq səviyyədə legitimdir.
Siyasətçi, tarixçi, politoloq və digər mütəxəssislər belə düşünürlər ki, Azər¬baycan Prezidentinin ötən ilin son həftə¬sində səsləndirdiyi daha bir bəyanat da dünya azərbaycanlılarını və türk dünyası¬nı kifayət qədər məmnun etmişdi. Belə ki, cənab Prezident Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə demişdi ki, Qarabağ münaqişəsi həll olunandan son¬ra indi bizim gündəliyimizdə duran əsas məsələ digər tarixi torpaqlarımıza da qa¬yıtmaqdır: “Əlbəttə, Qarabağ münaqişə¬si həll olunmayana qədər bu haqda da¬nışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konven¬siyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmu¬zu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır.”
Onu da vurğulayaq ki, Azərbaycan dövlətinin atdığı bütün addımlar legitim və ədalətli olduğu kimi, bundan sonrakı¬lar da məhz həmin səviyyədə, obyektivlik çərçivəsində, ədalət prinsipləri əsasında olacaq.

Allahverdi Piriyev,
Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar Müəllim, YAP fəalı

Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
YAŞADAN və YAŞAYAN LİDER
YAŞADAN və YAŞAYAN LİDER