fotofakt

Azərbaycanı kosmik ölkəyə çevirən Prezident

Tarix:27-12-2022, 11:11
Baxış Sayı:346

Dünyada kosmik sənayenin yüksəlişi Azərbaycanın da bu sahədə inkişafını şərtləndirir. Dördüncü Sənaye İnqilabına qoşulan ölkəmizdə Prezident İlham Əliyevin bu sahəyə diqqəti sayəsində təkmilləşmə, yenilikləri görməmək mümkün deyil.
Elə bu məqsədlə 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi dövlət başçısının ölkədə yüksək texnologiyaların və kosmik sənayenin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
Həyata keçirdiyi mütərəqqi islahatlarla Azərbaycan iqtisadiyyatının daha da güclənməsini təmin edən Prezident İlham Əliyev 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramının təsdiq edilməsi haqqında sərəncamlar imzalayır.
Sərəncamda qeyd olunur ki, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, həmçinin cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bununla İKT sahəsi prioritet sahə elan edilir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması ölkəmizin regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Prezidentin sərəncamları bu istiqamətdə görülən işlərin ardıcıllığını və sistemliliyini təmin etmək, kosmik sənayenin yaradılması və inkişafı, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması ilə telekommunikasiya peyk şəbəkələrinin yaradılması, kosmik informasiyanın qəbulu və emalı üzrə çoxfunksiyalı superkompüter mərkəzinin yaradılması, kadrların hazırlanmasını, eyni zamanda bu sahədə hüquqi bazanı təkmilləşdirərək yeni normativ hüquqi aktların qəbulunu nəzərdə tuturdu.
2010-cu ildə dövlət başçısının sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi.
2013-cü ildə isə tarixi hadisə yaşandı. Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1" 2013-cü il fevral ayının 8-də Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru kosmodromundan Fransa şirkəti "Ariane Space"in raket daşıyıcısı vasitəsilə geostasionar orbitə çıxarıldı. Əhatə dairəsi Avropa, Afrika, Mərkəzi Asiya, Yaxın Şərq, Qafqaz olan peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80 faizi isə kommersiya məqsədi daşıyırdı. Ölkə ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətlərinin inkişafı istiqamətində atılan bu addım dövlət başçısının texnologiya sahəsinə göstərdiyi diqqətin nəticəsi idi.
İlk peykin orbitə buraxılmasını Prezident İlham Əliyev "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin binasından izlədi. Beləliklə, İlham Əliyevin hər sahəyə xüsusi diqqətinin nəticəsi olaraq üzərində üçrəngli bayrağımız olan peykimiz artıq kosmosa da çatmışdı.
"Azərspace-1"in uğurla orbitə buraxılması münasibətilə xalqı təbrik edən dövlət başçısı çıxışı zamanı qeyd etdi ki, bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür: "Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm".
Bu peykin orbitə çıxarılması beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşıb. Prezidentin sözlərinə görə, beynəlxalq əməkdaşlıq bütün sahələrdə inkişaf edir, artır. Biz kosmik sənayedə də bu əməkdaşlığın gözəl nəticələrini görürük. Gələcəkdə yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işlərin gedəcəyini və buna nail olacağımızı deyən Prezidentin sözləri gerçək oldu. Artıq 2014-cü il iyunun 30-da Azərbaycan "Azersky" adlı müşahidə peykini orbitə göndərdi. Dəyəri 157 milyon avro olan bu peyk ölkənin müdafiə və təhlükəsizliyinə xidmət edir.
2018-ci il sentyabrın 25-də 3-cü peykimiz orbitə buraxıldı. Əhatə dairəsi Avropa, Yaxın Şərq, Tropik Afrika, Mərkəzi və Cənubi Asiya olan "Azerspace-2"nin istismar müddəti 20 ildir.
Peykin orbitə buraxılması münasibətilə xalqı təbrik edən Prezident qeyd etdi ki, bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur: "Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir".
Peyklərin əhəmiyyətindən danışan dövlət başçısı dedi ki, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır: "Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir".
Peyklərin eyni zamanda kommersiya tərəfini qeyd edən İlham Əliyev vurğuladı ki, bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar eyni zamanda qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır.
Sayca 4-cü, ikinci müşahidə peykimiz olan "AzerSky 2"nin orbitə buraxılması istiqamətində də işlər görülür. Peykin 3 il sonra kosmosa buraxılması planlaşdırılır. XXI əsrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün İKT sahəsi həlledici rol oynayır. Uğurlu siyasətin də əsasında irəlidə inkişafa xidmət edəcək sahələri öncədən görərək, bu istiqamətdə dövlət tərəfindən atılan addımlar dayanır. Prezident İlham Əliyev isə bu baxımdan vacib addımlar atır.
Dövlət başçısı kosmik sənayenin inkişafı istiqamətində tədbirləri davam etdirir. Prezidentin 2021-ci il 27 aprel tarixli fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos")" yaradıldı. "Azərkosmos" kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir. Fərmanın məqsədi ölkədə kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və inkişafın davam etdirilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması, kosmik fəaliyyət sahəsində idarəetmə, tənzimləmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.
Yüksək texnologiyaların, İKT sahəsinin inkişafı sahəsində atılan addımlar Azərbaycanı qısa müddət ərzində dünyanın kosmik klubunun üzvünə çevirib. Bu istiqamətdə aparılan dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edib. Hazırda da gələcək inkişafı təmin etmək, zamanla uyğunlaşmaq, texnoloji inkişaf üçün tədbirlər davam edir.
Prezident İlham Əliyevin dediyi kimi, yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək.

Quliyeva Esmira Mahmud qızı
200 sayli məktəb lisey kompleksinin direktoru

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə