fotofakt

Müzəffər Ali Baş Komandanın Zəfər ordusu

Tarix:27-12-2022, 11:08
Baxış Sayı:336

Ordu dövlətin siması, qüdrətinin göstəricisidir. Ordu vətənin dayağı, millətin güvənc yeridir. Ordu dəmir intizam, dəmir iradə, güc deməkdir. Zəif dövlətin güclü ordusu ola bilməz. Ordu vətənini canından çox sevən, lazım gəldiyi anda özünü fəda etməyi bacaran, vətənpərvər insanların toplaşdığı bir qüvvədir.
Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə ordu quruculuğuna ciddi yanaşılmamış, silahlı qüvvələrə "özfəaliyyət" prinsipləri ilə yanaşılmış, onlar siyasi oyunlara cəlb edilmişdir. Elə başımıza gələn bəlalar da bundan qaynaqlanırdı. Elə bir mərhələyə gəlib çıxmışdıq ki, hər gün torpaqlarımızın bir hissəsini itirməyə "adət" etmişdik. Səhərlərimizi yeni ərazilərimizin işğalı xəbərləri ilə açırdıq. Azərbaycanda bir hakimiyyətsizlik, sahibsizlik, xaos sindromu yaşanırdı. Nəticədə 20 faizdən çox torpaqlarımız işğal, minlərlə vətənpərvər gəncimiz şəhid oldu.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda ordu quruculuğunda yeni mərhələ başladı. İlk növbədə siyasi oyunların alətinə çevrilmiş silahlı qüvvələrdə islahatlar aparıldı. Ordunun dövlətə, vətənə xidmət göstərməsi üçün əsaslı tədbirlər görüldü. Silahlı Qüvvələrin maddı-texniki bazasının yaradılması istiqamətində təxirəsalınmaz tədbirlərə start verildi, peşəkar kadrların hazırlanmasına diqqət artırıldı.
Müvəqqəti qələbədən "xumar"olan düşmən isə hər gün yeni ərazilər işğal edəcəyi ilə bizi təhdid etməkdən "zövq" alırdı. Düşmən bircə şeyi, qarşısındakının kim olduğunu unudurdu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan az sonra Azərbaycan Ordusu Füzuli istiqamətində hücuma keçərək düşmənə ilk məğlubiyyət acısını yaşatdı, onu sülh danışıqlarına məcbur etdi. Müvəqqəti atəşkəs haqqında saziş imzalandı. Ulu Öndər qeyd edirdi ki, "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır". Görülən işlər, ordu quruculuğuna verilən diqqət, aparılan kadr islahatı, ordunun maddi-texniki bazasının gücləndirilməsi, xalqda və Ümummilli Liderdə qələbəyə olan inamı artırdı. Ordumuzun müdafiə qabiliyyəti xeyli gücləndirildi. Ordumuzun gücünə inanan, güvənən Ulu Öndər Azərbaycan Ordusunun döyüş qabiliyyətini, qələbəyə olan inamını görüb əminliklə deyirdi: "Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması - bütün bunlar buna görədir".
Hakimiyyətə gəldiyi ilk gündən Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini bəyan edən İlham Əliyev ordu quruculuğuna olan diqqəti daha da artırdı. 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bizə dost, qardaş ölkələrin ordu quruculuğundakı təcrübələrinin öyrənib tətbiqinə diqqət yetirdi. Ordumuzun beynəlxalq standartların tələblərinə uyğun qurulması istiqamətində ciddi islahatlara start verildi. Azərbaycan Ordusu qardaş Türkiyə, dost Pakistan dövləti, Rusiya ilə birgə təlimlərə cəlb olundu. Yeni qoşun növlərinin yaradılmasına başlanıldı. Bütün qoşun növlərində XTQ yaradıldı. Ordunun nizam-intizamına olan diqqət və tələbkarlıq tamam dəyişdi. Təminata, təchizata olan münasibət fərqli bir müstəviyə keçdi. Ordumuzun yeni, modern silahlarla təchizatı gücləndirildi. Ordumuz həm də dünyada sülhyaratma missiyasını yerinə yetirməyə qadir bir vəziyyətə gətirilərək sülhün və təhlükəsizliyin təminatçısı kimi töhfəsini verməyə başladı. Azərbaycan sülhməramlıları dünyanın bir sıra dövlətlərində, münaqişə ocaqlarında ölkəmizin adını şərəflə təmsil etdilər.
Ölkəmiz, xalqımız sülhpərvərdir. Bütün qonşularla sülh, əmin-amanlıq şəraitində yaşamaq başlıca məqsədimizdir. Nə yazıq ki, namərd qonşularımız bunu hələ də anlaya bilmirlər.
2016-cı ildə düşmən növbəti dəfə təxribat törədərək yeni torpaq işğal etmək həvəsinə düşmüşdü. Aprelin ilk günləri atəşkəsi pozan erməni silahlı qüvvələri ordumuzun ciddi müqaviməti ilə rastlaşmalı oldular. Ordumuz düşmənin bir neçə istiqamətdə hücumunun qarşısını alaraq onu sarsıdıcı məğlubiyyətə uğratdı. Bir sıra strateji yüksəkliklər düşmən işğalından azad edildi. Ordumuz uzun illərdən sonra xalqımıza qələbə sevincini yaşatdı.
Amma yenə də ermənilər uzun illər idi ki, özlərinə bəla axtarırdılar. Nəhayət, 2020-ci ildə ard-arda etdikləri səhvləri onları axtardıqları bəlaya tuş gətirdi. Ordumuzdakı dəmir iradə, dəmir intizam dəmir yumruğa döndü. 2020-ci il sentyabrın 27-də düşmənin torpaqlarımıza xaincəsinə hücumunun qarşısı qətiyyətlə alınaraq 30 ilə yaxın bir dövrdə işğal altında qalan torpaqlarımız düşməndən azad edildi. Ordumuz düşməni sarsıdıcı məğlubiyyətə uğradıb darmadağın etdi.
Müasir dünyanın bənzərsiz siyasi liderlərindən olan İlham Əliyev qurduğu ordu, düşmən üzərində çaldığı qələbə ilə həm də dünya hərb tarixinə öz adını qalib sərkərdə kimi yazdı.
İftixarla deyə bilərik ki, bu gün Azərbaycan regionun təkcə iqtisadi, siyasi cəhətdən yox, həm də hərbi qüdrətinə görə lider dövlətidir. Ordumuz dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Silahlı Qüvvələrimiz vətənimizi və dövlətimizi bütün təhlükələrdən qorumaq gücünə qadirdir. Necə deyərlər, arxadır yurdumuza, eşq olsun ordumuza.
Hörmətli cənab Prezident! Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Biz dostluğumuzu yüksək qiymətləndiririk və aramızdakı əməkdaşlığın və çoxtərəfli əlaqələrin möhkəmlənməsinə yönəlmiş bütün təşəbbüsləri bundan sonra da dəstəkləyəcəyik. Rusiya və Qafqaz xalqları sülhə can atır. Bu, təkcə bizim regionun deyil, bütün planetin uğurlu inkişafının əsasıdır.
Sizə səmimi qəlbdən cansağlığı, ailənizə firavanlıq, günəşli Azərbaycana isə daha da çiçəklənmə arzu edirəm".

Rüstəmov Cəmaləddin
Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi natariusu

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Papni hospital da Tural Nəbiyev və onun ətrafında toplaşan həkimlər 2500 azn hərbicini komsavat eləyirlər kimlərdi??
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO əməkdaşlığı, dialoqu uğurla davam edir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə
Jurnalist Müşviq Bəbir Mirhüseynliyə