fotofakt

Naxçıvan Dövlət Universitetində rüşvət qalmaqalı: - “Hər tələbədən 500-800 dollar alır”

Tarix:16-12-2022, 23:17
Baxış Sayı:130

Naxçıvan Dövlət Universitetində rüşvət qalmaqalı: - “Hər tələbədən 500-800 dollar alır”
Naxçıvanla bağlı narazılıq səngimək bilmir. Mətbuatda DTX-nın Naxçıvanda apardığı əməliyyatlar çərçivəsində muxtar respublikadakı dövlət qurumlarında ortaya çıxan qanunazidd hərəkətlər buradakı bir sıra təhsil ocaqlarından da yan keçməyib.
Bu dəfə isə Yenisabah.az-ın redaksiyasına Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi müraciət edib.Adının çəkilməsini istəməyən tələbə sözügedən təhsil ocağında rüşvətin tüğyan etdiyini bildirib. Onun sözlərinə görə, NDU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova universitetdə təhsil alan xarici tələbələrdən 500-800 dollar və daha artıq məbləğdə rüşvət alır. Şikayətçi qeyd edib ki, rüşvət, həmçinin, azərbaycanlı tələbələrdən də alınır.“İlahə Hüseynovanın özü rəsmi 660 manat maaş alır. O, Seymur Talıbovun işçisidir və onu bu vəzifəyə Seymur təyin edib. 77-BX-067 qeydiyyat nişanlı “Kia Cerato” avtomobilini sürür. O, şöbə müdiri olandan çox qısa vaxt sonra bu maşını aldı. 2016-cı ildən bəri universitetin nəzdində çalışan İlahə Hüseynova 1 ildən artıqdır ki, universitetdə beynəlxalq əlaqələr şöbəsində rəhbərdir”.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Yenisabah.az

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı