fotofakt

Üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir

Tarix:7-11-2021, 16:53
Baxış Sayı:161

Üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir


Azərbaycan xalqı tarix boyu əzəli vətən torpaqlarını qorumaq üçün mərdliklə vuruşub, qanları və canları bahasına ilk öncə müstəqilliyimizi qurmağa, daha sonra isə onu qorumağa çalışıb. Bu zamanlar ərzində soyqırımlara məruz qalmışıq, müəyyən dövrlərdə müstəqilliyimiz əlimizdən alınıb, həyatın hər sahəsində məhdudiyyətlər tətbiq edilib xalqımıza. Lakin bunların heç biri millətimizin mübarizə əzmini qırmayıb, hər keçən gün mübarizə və müstəqillik hissləri daha da artıb.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Azərbaycan xalqı erməni faşizminə qarşı mübarizədə “Dəmir yumruq” prinsipi ilə hərəkət etdi. Bütün dünya Azərbaycan xalqının birliyindən doğan gücü gördü. Xalq öz Ordusuna qucaq açdı. Xalq öz Ali Baş Komandanının ətrafında birləşdi. Xalq- Ordu-Ali Baş Komandan birliyi tariximizin işğal səhifəsini qapadıb, ən yeni tariximizi – Zəfər tariximizi yazmağa başladı. Biz həmin 44 gün ərzində Azərbaycan xalqının qüdrəti ilə fərəhləndik. Sözlərlə anlada bilməyəcəyimiz tarixi anlara şahid olduq. Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəlik məharəti, hərbçilərimizin yenilməz gücü, siyasi qüvvələrin həmrəyliyi və xalqın birliyi 30 illik işğalın buxovlarını, maneələrini söküb atmağımız, haqqımızı bərpa etməyimiz üçün zəmin yaratdı, işğal altında qalan tarixi torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
10 noyabrda Ermənistan müharibənin başa çatması ilə bağlı Kapitulyasiya aktına imza atdı. 44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu, tarixi ədalət bərpa edildi. Bu zəfər tairixi zəfərdir. 30 il müddətində gözlənilən əmr və əldə olunan zəfər. Baxmayaraq ki, tarixi qələbəmiz döyüş meydanında əldə edildi, lakin beynəlxalq platformalarda aparılan danışıqların, uzun illər beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması bu işdə öz səmərəsini verdi. Beləliklə, biz müharibəni döyüş meydanı ilə yanaşı həm də siyasi arenada qazandıq. Azərbaycan 44 günlük haqlı Vətən müharibəmizdə istəyinə nail oldu.
Bu gün Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Azərbaycan ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu bir şəraitdə parlaq qələbə qazandı. Prezident İlham Əliyevin təbirincə desək, “Bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir”. Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmadıq. Sübut etdik ki, Qarabağ Azərbaycanın əzəli, əbədi torpağı və ayrılmaz hissəsidir.
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Zeynəb Əsədova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı