fotofakt

Rusiya XİN-dən senssasion BƏYANAT - “Qarabağın Azərbaycana verilməsinə səy göstərilməsi barədə deyilənlər yalandır”

Tarix:7-11-2021, 15:57
Baxış Sayı:76

Rusiya XİN-dən senssasion BƏYANAT - “Qarabağın Azərbaycana verilməsinə səy göstərilməsi barədə deyilənlər yalandır”

Məlum olduğu kimi, 44 günlük müharibədən sonra münaqişənin bitdiyi, Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyini Azərbaycan tərəfi bəyan etsə də, Ermənistan bununla razılaşmır. Bölgəyə yerləşdirilmiş rus sülhməramlılarının isə orada müvəqqəti qalacağı da rəsmi Bakı tərəfindən mütəmadi olaraq vurğulanır. Halbuki rusların Qarabağdan getmək kimi niyyəti yoxdur. Və Kreml bunu gizlətmir. Üstəlik, həmin niyyətini həyata keçirmək üçün müxtəlif planlarını işə salmaqdan da çəkinmir.

Digər tərəfdən, Rusiyanın Qarabağdakı davranışları da birmənal deyil. Daha çox öz ərazisi kimi idarə etdiyi torpaqlarımızla bağlı fərmanlar, sərəncamlar verir, idarəçilik sistemi qurur, yeni evlər, binalar, hətta uşaq bağçaları inşa edir. Bütün bunları səssiz-səmirsiz həyata keçirən Rusiya bu gün Xarici İşlər Nazirliyi səviyyəsində olduqca sensasiyalı bəyanat yayıb. JAMAZ.İNFO xəbər verir ki, rəsmi Moskva bu bəyanatı 44 günlük müharibənin başa çatması və 10 noyabr sazişinin imzalanması münasibəti ilə yayıb.

Bəyanatda deyilir ki, Rusiya tərəfinin təşəbbüsü ilə imzalanan bütün üçtərəfli sənədlər Bakı və İrəvanın suverenliyinə və maraqlarına hörmətə əsaslanıb. “Rusiya tərəfi Ermənistan və Azərbaycanla ünsiyyətdə monopoliya iddiasında deyil. Bizi bu ölkələr və xalqlarla uzun və sıx dostluq, bütün azimutlarda geniş miqyaslı tərəfdaşlıq bağlayır. Biz mövcud potensialdan səmərəli istifadənin tərəfdarıyıq”.

Rusiya XİN-i maraqlı bir məqama toxunub və bu zaman sensasiya doğuracaq fikir səsləndirib. Bəyanatda deyilir ki, müharibənin bitməsinin ildönümündə bəzi sosial şəbəkələrdə bölgədəki rus sülhməramlının, guya Dağlıq Qarabağı Azərbaycana “vermək” və ya Ermənistanı protektorata “çevirmək” məqsədi daşıdığı barədə xəbərlər yayması populistlikdir. “Bu cür bəyanatlar populist xarakter daşıyır. Çox aşkar şəkildə xarici qüvvələrin sifarişini yerinə yetirməkdir. Bu iddiaların reallıqla heç bir əlaqəsi yoxdur”.

P.S. Rusiyanın bu yanaşması əslində Kremlin nə etmək istədiyinin təzahürüdür. Və Azərbaycan tərəfinin bütün açıqlamalarını inkar etməkdir.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı