fotofakt

Erməni siyasətçilər: "Paşinyan Zəngəzuru Azərbaycana verəcək"

Tarix:27-11-2020, 22:38
Baxış Sayı:132

Erməni siyasətçilər: "Paşinyan Zəngəzuru Azərbaycana verəcək"
Ermənistan Respublikaçı Partiyasının sözçüsü Eduard Şarmazanov qatıldığı televiziya proqramında Ermənistanın Dağlıq Qarabağda törətdiyi dağıntı səbəbi ilə Azərbaycana təxmini 50 milyard dollarlıq təzminat ödəmə ehtimalının olduğunu bildirib.

Şarmazanov Ermənistanın Baş Naziri Paşinyanın müharibənin başından bəri erməni xalqına yalan dediyini, raketi olmayan hərbi təyyarələr, atəş etməyən silah aldığını açıqlayıb.

O, Dağlıq Qarabağda yaratdıqları dağıntı səbəbi ilə təxmini 50 milyard dollarlıq zərər meydana gəldiyini vurğulayıb. Şarmazanovun fikrincə Ermənistanın 50 milyardı olmadığını üçün Paşinyan Zəngəzuru bu məbləğ əvəzində Azərbaycana verəcək.

Sfera.az bildirir ki, Ermənistanın keçmiş Ədliyyə naziri Arpine Ohannisyan da oxşar fikirlər səsləndirib.

Ohannisyan qeyd edib ki, Zod mədəninin istismarından dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısı qanunsuz gəlirdən əldə edilən vergi hesab edilə bilər.

"Əliyev illər ərzində bu mədənin istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən pulları geri tələb edəndə təəcüblənməyin.

Nəzərinizə çatdırım ki, bu vergilər maaşlar, təqaüdlər, müavinətlər və digər sosial xərclər üçün istifadə edilib”, - deyə Ohannisyan əlavə edib.

Keçmiş nazir sonda deyib ki, Paşinyan Azərbaycana qaytarılacaq pulları əhalidən yığacaq:

"Düşünməyin ki, "xilaskar” bu pulları arvadının fondundan ödəyəcək, o bunu sizdən tələb edəcək. Ya da bunun əvəzinə Zəngəzuru Əliyevə verəcək”.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı