fotofakt

"Bəxtiyar Hacıyev rüşvətxor icra başçısını müdafiə edir" - VİDEO

Tarix:2-06-2020, 15:32
Baxış Sayı:65

"Bəxtiyar Hacıyev rüşvətxor icra başçısını müdafiə edir" - VİDEO
Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov ictimai fəal Bəxtiyar Hacıyevə cavab verib.

Demokrat.az-ın xəbərinə görə, Arzuman Abdulkərimov "Yeni TV" internet televiziyasının efirində çıxışı zamanı bildirib ki, Bəxtiyar Hacıyev dövlətin bir çox atributlarını, o cümlədən Milli Məclisi təhqir edib:

"Bəxtiyar Hacıyev iddia edir ki, bəzi gənclər onu təhqir ediblər. Amma Bəxtiyar Hacıyevin özü şəxsləri yox, dövlətin atributlarını təhqir edib. Məncə, bu daha təhlükəlidir. Biz Bəxtiyar Hacıyevin yaşadığı evə "bəxtiyarxana" desək, xoşuna gələrmi? Yaxud da desək ki, Bəxtiyar qələt edir, hansı ki, qələt farscadan tərcümədə səhv deməkdir".

Partiya sədrinin müavini korrupsiyada günahlandırılaraq həbs olunan keçmiş icra başçısı Vilyam Hacıyevi müdafiə etdiyinə görə Bəxtiyar Hacıyevi tənqid edib:

"Demokratiyadan danışan, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədən dəm vuran birisi bu ittihamlarla həbs olunan qohumunu müdafiə edir və Vilyam Hacıyevin həbsindən sonra iqtidara qarşı "savaş" açır, bu və ya digər formada onun haqqında sosial şəbəkələrdə ictimai rəyi çaşdırmağa çalışır. Bəxtiyarın Hacıyevin elan etdiyi idiallar budurmu?".

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!