fotofakt

Bu icra başçılarına həbs oluna bilər – Seçkilərə görə

Tarix:14-02-2020, 11:20
Baxış Sayı:65

Bu icra başçılarına həbs oluna bilər – Seçkilərə görə
Xəbər verdiyimiz kimi, 74 saylı Lənkəran kənd seçki dairəsindən Hadi Rəcəbli, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Abbasov (Arifoğlu), 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadənin, 33 saylı Xətai birinci seçki dairəsindən Hüseynbala Mirələmovun lider olduğu nəticələr ləğv edilib.

Unikal.org xəbər verir ki, sadalanan dairələrdə səsvermənin nəticələrinin ləğv olunması bəzi icra başçılarını çıxılmaz vəziyyətə salıb. Belə ki, verilən qərar həmin dairələrdə seçkilərdə qanun pozuntusu ilə bağlıdır.

Heç kəsə sirr deyil ki, seçkilərin saxtalaşdırılması ilə bağlı tapşırıq icra başçıları tərəfindən verilir. Bu tapşırıqlar isə dairə və məntəqə sədrləri tərəfindən həyata keçirilir. Bu dairələrin nəticələrinin ləğv olunması DSK sədrləri və icra başçılarını hədəfə gətirib. Hətta onlardan kimlərinsə həbs təhlükəsiylə üz-üzə qala biləcəyi də vurğulanır.

Qeyd edək ki, Prezident İlham Əliyev dünənki çıxışında seçkidə qanun pozuntularına yol verənlərin cəzalandırılacağını bildirmişdi. Görünən odur ki, Prezidentin bu bəyanatından sonra MSK daxil olan müraciətləri daha dərindən araşdıraraq 4 dairənin nəticələrini ləğv edib.

Bu gün keçirilən iclasda çıxıç edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlərin cəzalandırılması vacibdir. Onun sözlərinə görə, insanlarda narazılıq doğuran şeylər yersiz hərəkət etməkdir.

Qeyd edək ki, Beyləqanın icra başçısı Asif Ağayev, Lənkəranın icra başçısı Taleh Qaraşov, Xətainin icra başçısı Rafiq Quliyev, İmişlinin icra başçısı Vilyam Hacıyevdir.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!