
Bizimyol.info-nun müsahibi Milli Məclisin V çağırış deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdur.
- Aydın müəllim, yəqin siz də sosial şəbəkələrdə son dövrlər deputatlığa namizədlərin yaşlı nənələrl birlikdə çəkilən şəkillərinə zarafat xarakterli “əlöpmə kampaniyası” adı verilməsi barədə eşitmisiniz.
- Bəli belə materialları görürəm və bu məni məmnun etmir. Bu kimi hallar beynəlxalq təcrübədə də var. Parlament qanunverici orqandır, bu orqan qanunların qəbulu və müzakirəsi üçündür. Paramentə seçilən şəxs parlamentin funksiyasının daşıyıcısına çevrilir. 1995-ci ildən başlayaraq Azərbaycanda demokratik seçkilər keçirilməyə başladı. Depuatat qanunvericilik çərçivəsində Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçiciləri ilə görüşməlidir. YAP-ın seçki plılatformasında da bu var. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin birinci məqsədi xalqımıza vətəndaşa xidmətdir və biz seçicilərimizlə görüşlərdə bu istiqamətdə söhbət aparırıq. YAP həmişə vətəndaşlardan həmiş böyük dəstək alıb. Bu gün seçki məntəqəsinə gəlib vətəndaş səs verirsə bunun arxasında onlarla keçirilmiş fərdi görüşlər dayanır. Burda pis nə var. ? Ağbirçəyin, ağsaqqalın əlindən öpmək, böyüyə olan hörmətin təzahürüdür. Bunu başqa şəkildə hallandırmaq özü düzgün deyil. Əhər biz bunu lağlağı obyektinə çevirsək böyüyə hörmət, ağbirçəyin, ağsaqqalın əlindən öpmək, ona qayğı ilə yanaşmaq kimi bir ənənənəmiz deformasiyaya uğramış olar. Ona görə mən media nümayəndələrindən də xahiş edirəm, yazarkən belə məqamlara diqqət etsinlər. Biz bu gün yaşlı bir insanı bağrımıza basmaqla həm də gəncliyə örnək vermiş oluruq. Bunun başqa cür yozulması düzgün deyil
- Aydın müəllim, əslində insanları qıcıqlandıran cəhət namizədlərin yaşlı insanlara hörmətlə yanaşması deyil, bunun kampaniya xarakterli olmasıdır. Yəni, bu halların yalnız seçkidən- seçkiyə müşahidə olunmasıdır.
- Bilirsinizmi, deputatlar seçki olmadan da öz seçiciləri ilə görüşür, onların görüşlərinə gedir, müəyyən probelmlərin həllində yardımçı olmağa çalışırlar. Xeyirlərində, şərlərində iştirak edirlər. Lakin bu görüşlər işıqlandırılmır. Bunu göz önündə etmirlər. İndi kampaniyanın adından da görünür, bu təbliğat, təşviqat kampaniyasıdır. Bu bir tanıtım, bir reklam, bir təbliğatdır. Etimad olmasa təkrar seçilən deputatlar olmaz. Əgər deputat seçicisinin problemlərinə həssas yanaşırsa insanlar onu əlbəttə yendiən parlamentdə görmək istəyirlər. Hər bir millət vəkili öz fəaliyyətinə dair aylıq ,rüblük, yarım illik və illik hesabatlar təqdim edirlər. Milli Məclisdə belə bir şöbə fəaliyyət göstərir və o şöbəyə öz görüşləri barədə hesabat verir
- Bəs bu hesabatlar araşdırılırmı?
- Bəli. Bu hesabatların saxtalaşdırılması qeyri-mümkündür. Adıyla, soyadıyla qeyd edir ki, kiminlə görüşdü, nələr müzakirə olundu. Həm mən inanmıram ki, hansısa millət vəkili görmədiyi iş barəsində parlamentə “etdim” deyib hesabat versin. Statistika naminə bunu kim özünə rəva bilər?
- Elə yeri gəlmişkən, buraxılmış parlamentin deputatlarının namizədliklərini yenidən verməsi barədə danışaq. Siz də Milli Məclisin V çağırış deputatı olmusunuz və yenidən seçki marafonuna qoşulmusunuz.
- Biirsinizmi Milli Məclisin özünü buraxılması ilə bağlı məslənin mahiyyət başqa yerə yozulub. Belə bir şey yoxdur ki, parlament özünü buraxıbsa, deputatlar yenidən öz namizədliyini verə bilməzlər. Milli Məclisin buraxılmasının təşəbbüskarı YAP olub. Bütün sahələrdə islahatlar gedirdi, bu dəyişiklikləri həyata keçirən qanunverci orqanın da yenilənməsinə ehtiyac var idi. Yenilənmə o deyldi ki, burdakı bütün deputatlar yenilənməlidir. Bu o demək idi ki, yeni fikir, yeni yanaşmalar formalaşmalıdır.YAP namizədlərini formalaşdırarkən əlbəttə nəzərə aldı ki, hansı namizədinin hansı fəaliyyəti var. Yeniliklərə, çevikliyə kim adekvat ola bilər, köhnə korpusun deputatlarından kim yeni məqsədə, amala cavab verə bilər.Partiya bu potensialı gördüyü şəxslərin namizədliyini irəli sürdü.
- Bu günlərdə bir namizədlə müsahibə etdik. Hüquqşünasdır. Dedi ki, bizlər gedirik seçicilərin görüşünə. “Böyük vədlər veririk, su, qaz, yol çəkdirmək, həmin rayonun turizm potensialını artırmaq, iş yerləri yaratmaq və s. Əslində deputat bunların heç birini etmək səlahiyyətində deyil. Amma “etməyəcəyəm” desəm də səs vermyəcəklər”. Necə anlayaq, verilən vədlər yalandır və sadəcə vəd xatirinəı verilirmi?
- Fikir verirsinizsə, indiki seçicilərimizin intellektual səviyyəsi daha da yüksəlib. Secicilər daha deputatlar “su çəkin, yol çəkin” demirlər , deputat səlahiyyətləri çərçivəsində bu işin hüquqiq yolla həlllini tapın, yardımçı olun deyirlər. Mənə belə gəlir ki, bu belə olmalıdır.
- Aydın məllim, belə istəklər də səsləni, həm də çox.
- İndi seçkilərdə iştirak etmək istəyən namizədlərin sayının çox olması o deməkdir ki, insanların siyasətə marağı artıb. Deputat qanunların tənzimlənməsində rol oynayır. O beynəlxalq standartları özündə ehtiva edən, inkişafımızın təmini üçün qanunların qəbulunda rol oynamalı, bunu təmin etməlidir. Seçici millət vəkilindən xahiş etməlidir ki, o hansısa problemi əlaqədar strukturlar qarşısında qaldırsın. Cəmiyyətdə xahiş və istəklərin olması normaldır. Vətəndaş istəyir və deputat öz seçisinin problemləri ilə maraqlanıb qayğısına qalırsa, bu normaldır.
- 18 yaşlı namizədimiz dedi ki əlimizə silah verib bizi cəbhyə göndərirlərsə biz deputat da ola bilərik. Deputatın yaşı məsələsi də bu il ən çox müzakirə olunan mövzulardan oldu.
- Konstitusiya alidir. Əgər qanunvericiliyimizə əsasən, biz 18 yaşı tamam olan istənilən Azərbaycan vətəndaşının bələdiyyələrdə, parlamentdə iştirakına icazə verdiksə, prezident seçkilərinə qatılmasına razılıq verdiksə bu normaldır. Seçicisinin eimadını qazanan yaşından asılı olmayaraq istənilən şəxsin seçilmək hüququ var.