fotofakt

"Maç-maç" şou: “Nənəmi öpməklə deputat olunsaydı, babam Milli Məclisin sədri olardı”

Tarix:30-01-2020, 12:08
Baxış Sayı:122

"Maç-maç" şou: “Nənəmi öpməklə deputat olunsaydı, babam Milli Məclisin sədri olardı”
Ölkədə sadə xalqın Milli Məclisin fəaliyyətini bu qədər maraqla ( məhz maraqla) izləməsi son dəfə yəqin ki, 90-cı illərdə olub. O zamanlar da insanlar gələnəksəl hind filmləri maraqlarını Milli Məclisin qırğın qiyamət içərisində keçən iclaslarını izləməklə əvəzləmişdilər. Düzdür indi parlamentin iclaslarını izləmirlər, deputatlığa namizədlərin, yəni gələcək deputatların bu yolda atdıqları addımları izləyirlər. Sosial şəbəkələr böyük debatların məkanına çevrilib.

Namizədlər də şou göstərir, onları izləyib maraqlı statuslarla cavab verən insanlar da. Qısası bu günlərdə sosial şəbəkələrdə milli folklorumuzun yeni növü yaranmaqdadır. Gələcəkdə bu növün adı nə olacaq bilmirəm, siyasi komediya üslubunda xalq yaradıcılığımı, kreslo şoumu. Elə həmkarlarımızdan da, sosial şəbəkə izləyicilərindən də çox maraqlı performanslar izləməkdəyik. Məsələn,

“Namizədin biri də deyir hər gün 500 qapı döyürəm. Qardaşoğlu, sən axı insansan, özünü ağacdələn kimi niyə aparırsan?!”

“Nənələri öpürlər , bəs babaları niyə öpmürlər, gender bərabərliyi pozulur, xanım namizədlər də babaları öpsünlər”.

“Qaqa, məndən demək nənəni küçədə deputatla öpüşən görüblər”.

“Sən yaxşı oğlan döyülsən, nənəni küçədə yad namizədlər maç eləyir”

“Nənə bir busə ver, bir busə ver, nənəm amandır, Dedi vermərəm, vermərəm, vermərəm halım yamandır”

“Ayə bu nənələri öpülməyə öyrədəcəklər, bəs sonra nətəri olacaq”

“30 ildə Məşədi Kazımın maç eləyə bilmədiyi nənəmi, hansısa bir namizədf maç elədi”

“Nənəmi öpməklə deputat olunsaydı, babam Milli Məclisin sədri olardı”

“Nənəmi xaricə göndərməyə qərar verdim. Seçkilərə qədər arvada qarşı real təhlükə görürəm”

“Təklif edirəm ki, MSK nənələrin əlinə xüsusi maye fısqırtsın, bir əli iki dəfə öpmək omasın”.

Sadə xalqa yanaşmaq, onların dərdini sərini dinləmək əslində edilməli olan bir haldır, çünki vəzifə, status bu xalqdan tərəfindən kiməsə veriılirsə xalq onu özünə başçı edir, başında oturan yox, vəzifə elə bir anlamda hamının məsuliyyətini çiyninə almaq , xalqa qul olmaq deməkdir, qulluq etmək deməkdir. Sadəcə bizim insanlarımıza bu kimi mənzərələri gülünc göstərən onların səmimi olmaması, içdən gəlməməsidir. Seçki marafonunda gəlib sadə insanları qucalayan namizədlər seçkidən sonra əgər seçilərlərsə mühafizəçiylə gəzib kimsəni özünə yaxın buraxmayanda bax belə maç-maç şousu, maç- maç folkloru yaranır. Neynəsin xalq, ağzı süddən yanan, ayranı üfürüb içər.İndiyədək gördüklərimizdən çox az insan ehtiyacı olan o böyük kütləyə qucaq açmağı bacardı.Çox az insan kreslosunun yox, millətinin qulluqçusu oldu.

Əslində seçki öncəsi məmurların insanlara qaynayıb qarışması o qədər xoş bir haldır ki, istəyirəsən davamlı olsun. Nə edək, bəlkə ayda bir dəfə seçki təşkil edək hə? Nə deyirsiniz?..

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı