Ermənistan tarixində ilk dəfə baş nazir Nikol Paşinyan müstəntiqin suallarını cavablandırmaq üçün İstintaq Komitəsinə (İK) gedib.
Rusiya mətbuatı xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində məlumat verib.
Paşinyan masa arxasından əyləşərək kompüterin monitoruna baxan müstəntiqin otağında selfi edib.
"Ermənistan tarixində ilk dəfə ölkənin hazırkı lideri İK-ya gəlib”, - Paşinyan yazıb.
Ermənistanın Baş naziri İstintaq Komitəsinin ofisində sualları cavablandırdığını etiraf edib.(report)