fotofakt

Millət vəkili: Qanunvericilik sahəsində bəzi boşluqlar var

Tarix:17-12-2019, 15:36
Baxış Sayı:103

Millət vəkili: Qanunvericilik sahəsində bəzi boşluqlar var
"Sosial sifarişlər haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac var.

Anews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hələ də qanunvericilik sahəsində bəzi boşluqlar var:

"Bir neçə il əvvəl "Sosial xidmətlər haqqında” qanun qəbul edildi. Amma təcrübə onu göstərir ki, yeni yanaşmaya ehtiyac var. Bu gün heç kimə sirr deyil ki, bütün dünyada sosial təminat xidmətlərinin satın alınmasının böyük əksəriyyəti məhz QHT tərəfindən həyata keçirilir.

A.Quliyev vurğulayıb ki, bu gün üçün "sosial sifarişlər haqqında” qanun layihəsinin qəbulu çox aktualdır:

"Bu layihə Şura tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunub. Ümid edirəm ki, Milli Məclisin növbəti çağırışı formalaşan zaman bu məsələyə də baxılacaq”.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı